Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsi bu gün ümumilkdə 7 tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, onlardan 3-ü "Mühəndislik Tikinti Təchizat" MMC ilə bağlanıb. Qalan müqavilələr isə aşağıdakı cədvəldə bu cür müəyyən olunub:
| S/n | Qalib şirkətin adı | Tenderin adı | Məbləğ (AZN) | 
| 1 | "Mühəndislik Tikinti Təchizat" MMC 2005667751 | Bakı şəhərinin bir sıra təhsil müəssisələrində cari təmiri işlərinin satınalınması | 2 208 320 | 
| 2 | "Modenco" MMC 1503304371 | Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin satınalınması | 4 950 494 | 
| 3 | "Enermus" QSC 2003641611 | Təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satınalınması | 989 850 | 
| 4 | "Elite Construction" MMC 7200429931 | Qəbələ və Şəki rayonlarının bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması | 284 518 | 
| 5 | "Mühəndislik Tikinti Təchizat" MMC 2005667751 | Bakı şəhəri, Xətai rayonu 249 nömrəli tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması | 345 273 | 
| 6 | "Mühəndislik Tikinti Təchizat" MMC 2005667751 | Zərdab rayonu, İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması | 219 775 | 
| 7 | Meqaplus Firmasi 2900377921 | Bakı Mühəndislik Univestitetinin əlavə korpusunun abadlıq və mühəndislik-kommunikasiya işlərinin satınalınması | 1 547 940 | 
| YEKUN: 10 546 170 | |||


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








