Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi "Qusar-2" hərbi şəhərciyinin ərazisində yerləşən 40 nömrəli "idman kompleksi" binasında aparılacaq bərpa işlərinin satınalınması ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Amina and S Group" MMC (VÖEN: 1004813391) olub.
Tenderin qalibinə 1 167 708 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, Amina and S Group" MMC 05.06.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Qanuni təmsilçisi Lalə İbrahimova Eldar qızıdır.
Hüquqi ünvanı Az1007, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev54A-da yerləşir.