Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda elektron xidmətlərdən istifadə edən vətəndaşlara sms bildirişlərinin göndərilməsi üçün balans artırılması xidmətlərinin satınalınması nəzərdə tuutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1501267101
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə
Müsabiqənin başlama tarixi və vaxtı: 20.07.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 21.08.2023 17:00
Çatdırılma yeri - Azərbaycan, Bakı
Çatdırılma müddəti - 29 dekabr 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təqdimetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti (notariusun möhür və imzası olan səhifə də) skan edilərək PDF formatında Portalda yerləşdirilir ) Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilir və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanır, möhürlənir və skan edilərək PDF formatında Portala yerləşdirilir.
Tenderdə iştirak etmək üçün müraciət (istirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanır ,möhürlənir və skan edilərək PDF formatında Portala yerləşdirilir)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayışın (arayış vergi orqanları tərəfindən təqdim edilməli və təqdim etmə tarixi elanın yerləşdirilmə tarixindən sonrakı tarix olmalıdır) orjinalı skan edilərək. Pdf formatda portala əlavə edilməlidir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. Sənədin orjinalının skan (pdf formatda) edilmiş surətinin yerləşdirilməsi
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında (təqdimetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) bank arayışı. Bank tərəfindən təqdim olunmalıdır- məktubun əsli skan olunmuş şəkildə pdf formatda portala əlavə edilməlidir.
Mikro, kiçik və orta sahibkarlıq subyekti kategoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış (sənədin orjinalı skan edilərək-pdf formatında portala yerləşdirilir)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi meyarı üzrə -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayışın (təqdimetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) orjinalının skan edilərək PDF formatında Portala yerləşdirilir.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması” meyarı üzrə - “Yüklülük barədə” müvafiq vergi orqanından alınan və notarial qaydada təsdiq edilmiş arayış (sənədin vergi orqanları tərəfindən təqdimetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır);
İddiaçının ixtisas uyğunluğu barədə sənədlər (müəssisənin ştat cədvəli, cəlb olunacaq işçilərin təhsili, peşəkarlığı, təcrübəsi, kadr potensialı haqqında məlumatlar);
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması” meyarı üzrə - İddiaçının qanuni təmsilçisinin vəzifəyə təyin olunmasını təsdiq edən sənədin (əmr, təsisçilərin yığıncağının qərarı və s.) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilir.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Emin Abbasov, inspektor
Email: [email protected]
Əlaqə telefonu: 0125650237
Sayı - 500 000 ədəd