Azərbaycanın daha 7 rayon və şəhərində Qarabağ əlilləri və şəhid ailələrinə evlər veriləcək.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Qəbələ, Qax, Masallı, Ağdaş, Yevlax, Siyəzən rayonlarında və Mingəçevir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin satın alınması məqsədilə açıq tenderlər elan edib.
Nazirlik ümumilikdə 54 mənzil almağa hazırlaşır.
Tenderlərin şərtlərinə əsasən
Qəbələdə 4 ədəd 3 otaqlı, 4 ədəd 2 otaqlı olmaqla ümumilikdə 8 mənzil
Qaxda 3 ədəd 3 otaqlı, 3 ədəd 2 otaqlı olmaqla ümumilikdə 6 mənzil
Mingəçevirdə 5 ədəd 3 otaqlı, 4 ədəd 2 otaqlı olmaqla ümumilikdə 9 mənzil
Masallıda 4 ədəd 3 otaqlı, 4 ədəd 2 otaqlı olmaqla ümumilikdə 8 mənzil
Ağdaşda 4 ədəd 3 otaqlı, 4 ədəd 2 otaqlı olmaqla ümumilikdə 8 mənzil
Yevlaxda 4 ədəd 3 otaqlı, 4 ədəd 2 otaqlı olmaqla ümumilikdə 8 mənzil
Siyəzəndə 4 ədəd 3 otaqlı, 3 ədəd 2 otaqlı olmaqla ümumilikdə 7 mənzil alınacaq.
Tenderlərin başlama tarixi və vaxtı 19.08.2021 21:00, tenderlərin təklifinin təqdim edilməsinin son tarixi və vaxtı isə 17.09.2021 15:00-da olacaq.
Tenderlərdə iştirak haqqı pulsuzdur.
Əlaqələndirici şəxs - Aydın Məmmədov - Böyük məsləhətçi
Telefon : 0125960944
Email : [email protected]