FED.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xidmətin strukturuna daxil olan təşkilatlara xüsusi təyinatlı “CHERY” markalı minik avtomobillərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Xidmətin strukturuna daxil olan təşkilatlar üçün xüsusi təyinatlı “CHERY” markalı (1,5 litrə qədər) minik avtomobillərinin satınalınması.
Təklif zərflərinin açılışı 26 dekabr 2018-ci il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə).
Tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasının əlaqənləndiricisi Mustafa Allahverənovdan ala bilərlər.
Telefon: (+99412) 562-97-72
Faks: (+99412) 562-66-06
Dövlət Xəzinədarlığı Agentliyi 7-ci fond
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ 01360100000000003944
S.W.I.F.T BİK CTREAZ22
Vəsaiti alan: Dövlət Baytarlıq Xidməti
İBAN: AZ 27CTRE 00000000000002577701
VÖEN: 1500504901
Büdcə səviyyəsi kodu – 7
Büdcə təminatı kodu: 142340
Tenderdə iştirak haqqı geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.
İştirakçılar aşağıdakı sənədləri 25 dekabr 2018-ci il saat 17.00–a kimi tender komissiyasına təqdim etməlidirlər:
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 26 dekabr 2018-ci il saat 16.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
Malgöndərən (podratçı) tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir. Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunan sənədləri 17 dekabr 2018-ci il saat 17.00–a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar : (+99412) 562-97-72 Faks: (+99412) 562-66-06
Nazirlik avtomobil alır – TENDER ELANI
09:47
14 Noy 2018