Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 900 ədəd hazır mənzillər alır.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Fiziki şəxs Emil Orucov, Fiziki şəxs Məzahir Məmmədli və “Bakı-Mexanikləşdirmə-1” ASC ilə müqavilə bağlayıb.
Eləcə də bax: Dövlət tenderlərindən ən çox pul qazanan - 50 ŞİRKƏT – SİYAHI - MƏBLƏĞLƏR
3 müqavilədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakı şəhəri və ətrafından və Gəncə şəhərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 300 mənzilin satın alınması nəzərdə tutulub.
Müqavilələrin cəmi məbləği 11 milyon 284 min 245 manatdır.