Maliyyə Nazirliyi “Nazirliyin server şəbəkə kompleksi avadanlıqlarına dair audit xidmətinin keçirilməsinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Edutech" MMC olub. Şirkətlə 88 min 500 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin nazirliyin 16 min 910 manat məbləğindəki “Hesabatların təqdim edilməsinə dair elektron hesabatlılıq proqramına texniki dəstəyin göstərilməsinin satın alınması” (14.03.2022) tenderini qazanıb.