Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra sosial obyektlərinin əsaslı təmiri üzrə tenderlərə yekun vurub. FED.az xəbər verir ki, 3 tenderin nəticəsi olaraq 7 milyon manatlıq müqavilə bağlanılıb.
Lənkəran şəhəri Əlillərin Regional Bərpa Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması üzrə tenderdə “AG Engineering” MMC qalib əlib. Bu şirkətlə 1 milyrn 630 min manatlıq müqavilə bağlanıb.
Eləcə də bax:Bakı İcra Hakimiyyəti nəhəng - "BAĞÇA TENDERLƏRİNİ" AÇIQLADI - 4,6 MİLYON
Göygöl rayonunda 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri işlərinin satın alınması üzrə tenderdə «Az AVS» MMC qalib gəlib, onunla 3 milyon 296 min manatlıq müqavilə bağlanıb.
Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması üzrə tenderdə «STT Qrup Azərbaycan» MMC qalib gəlib. Şirkətlə 2 milyon 123 min manatlıq müşavilə imzalanıb.