Ədliyyə Nazirliyi məhkəmələrin istismarında avtomatlaşdırılmış sistemlərin, informasiya-kommunikasiya avadanlıqlarının, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı (1), habelə onlara texniki dəstəyin göstərilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: 6.8 milyon manatlıq tenderi – BU ŞİRKƏT UDDU
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər 2 tenderin qalibi "Bestcomp Group" MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 4,444 milyon manat və 2,141 milyon manat, ümumilikdə isə 6,585 milyon manat ödəniləcək.(Report)