Ədliyyə Nazirliyi iki tenderə yekun vurub.
Ədliyyə Nazirliyi 5 milyonluq tender elan etdi - ŞƏRTLƏR
FED.az xəbər verir ki, hər iki tenderi “Evrodizayn” QSC udub.
Belə ki, şirkət nazirliyin “Cəzaların icrasına elektron nəzarət "Attenti" və "Şans" elektron monitorinq proqram məhsullarının, informasiya-kommunikasiya avadanlığının və şəbəkə infrastrukturunun 2024-cü ildə saxlanılması və inkişafı, ona texniki dəstəyin göstərilməsi” tenderindən 3 631 923 manat qazanıb.
İkinci tender olan “Yeni elektron nəzarət vasitələrinin alınması” tenderi isə şirkətə 1 232 400 manat qazanc gətirib.
Ümumilikdə şirkət iki tenderdən toplamda 4 864 323 manat qazanıb.