Elm və Təhsil Nazirliyi "Təhsil haqqında dövlət sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması" tenderinin nəticələrini elan edib.
Elm və Təhsil Nazirliyindən daha bir - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, qalib "Tuna" QSC (VÖEN: 1700294531) olub.
Qalib şirkətə 401 032 manat ödəniləcək.
"Tuna" QSC daha öncə də nazirliyin 521 346 manat dəyərindəki "2022-2023-cü tədris ilinə ümumi təhsil pilləsi üçün dərsliklərin komplektinə daxil olan müəllim vəsaitlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması " tenderinin qalibi seçilib (29.06.2022).