Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun alınması tenderinin qalibi açıqlanıb.
Eləcə də bax: Dövlət qurumu 300 min manatlıq – ODUN ALIB
FED.az xəbər verir ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odunu "TƏCHİZAT-RA" MMC-dən alacaq. Dövlət qurumu 3596 m3 quru meşə odunu almaq üçün şirkətlə 294 min 993 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, qurum 1 m3 odun üçün şirkətə 82 manat ödəyəcək.