Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi iri məbləğli təkliflər sorğusunu nəticələrini elan edib.
FED.az xəbər verir ki, sorğunun qalibi "BTH" MMC (VÖEN: 1005179241) olub.
Şirkətlə 2 996 877 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulmasına, şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə qoşulması işlərinin satın alınması nəzərdə tutulur.