DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi şəxsi heyətin geyimlərlə təminatı ilə bağlı elan etdiyi böyük tendlerlərə yekun vurub.
Ədliyyə Nazirliyi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, ümumi məbləği 24 milyon manata çatan satınalmaları 4 şirkət qazanıb. Bunlar aşağıdakılardır:
"AVANQARD-E.H." MMC - Baş geyimləri, alt paltarları, yataq ləvazimatları, fərqlənmə nişanları və paqonlar – 6 milyon 839 min 615 AZN
"BAKI TİKİŞ EVİ" ASC - Palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubka – 6 milyon 954 min 800 AZN
"BLACK RAMS UNİFORM" MMC - isti qış gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər və yay örtüyü – 6 milyon 663 min 056 AZN
"ELMANADO" MMC - Ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı - 3 milyon 858 min 312 AZN