Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə Müəssisələrinin cari təmir işləri” tenderinin nəticələrini elan edib.
7 rayonda DOST filialları təmir olunacaq, 17 milyon manatlıq - TENDER UDULDU
FED.az xəbər verir ki, tenderin qalibi “Fərid-İnşaat” Firması olub.
Qalib şirkətə 1 474 331 manat ödəniləcək.
Qeyd edək ki, "Fərid-Inşaat" Firması 22.01.1998-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sübhan Həsənov Ələsgər oğludur, şirkətin hüquqi ünvanı isə AZ0900, Bərdə rayonu, Bərdə şəhəri, Nizami, ev.6/33 ünvanında yerləşir.