Fövqəladə Hallar Nazirliyi təmizlik xidməti ilə bağlı elan etdiyi tenderə yekun vurub.
FED.az xəbər verir ki. tenderin qalibi "Vertical Service" MMC (VÖEN: 1504398661) seçilib.
Tender müqaviləsinin dəyəri 245 520 manatdır.
Müqavilədə Fövqəladə Hallar Nazirliyi Yasamal rayonu M.Müşfiq 501- ci məhəlləsində yerləşən inzibati və yardımçı binasının fasadın yuyulması, iş otaqları, dəhlizlər və sanitar qovşaqlarına ümumi sanitar-gigiyena tələblərinə əsasən 2023-cü ilin 10 ayı üçün gündəlik təmizlik xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Vertical Service" MMC bundan əvvəl Dövlət Miqrasiya Xidmətinin 810 000 manat dəyərindəki “Respublikası Dövlət Miqrasiya Xidmətində əsaslı təmir işlərinin satınalınması" tenderinin qalibi seçilib (01.10.20212). Şirkət keçirilmiş müsabiqələr üzrə 2020-ci ildən indiyədək 4 tenderin qalibi olub.