“Naxçıvan Yol Təchizat” MMC-nin keçirdiyi tender ləğv edilib.
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, həmin tenderin ləğv edilməsi barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qərar verib.
Qeyd edək ki, tender Şərur rayon Müslüm-Muğancıq,Cəlilkənd-Düdəngə kəndlərinin avtomobil yolları və Babək rayon Nehrəm qəsəbəsinin daxili avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlı olub və ehtimal olunan qiyməti 6.592.431,00 AZN təşkil edib.
Sözügedən tender təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmaması səbəbindən ləğv edilib.