Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi bölgədə özəlləşdirilməsi və yaxud icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətindəki nəqliyyat vasitələrinin, torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edib.
Naxçıvanda ötən ay 876 daşınmaz əmlak obyekti - Dövlət Qeydiyyatına Alınıb
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar ilkin sənədləri 26 dekabr 2023-cü il saat 10:00-a qədər, tender təkliflərini isə 8 yanvar 2024-cü il saat 10:00-a qədər dövltə satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Təkliflərə yanvarın 9-da, saat 10:00-da baxılacaq.