Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilən abadlıq işləri ilə bağlı tender nəzarət orqanının qərarı ilə ləğv edilib.
Azırbaycanda ilk süni intellekt laboratoriyası qurulur - 7 MİLYON MANAT XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tender şəhərin müxtəlif ərazilərində abadlıq işlərinin satınalınmasını nəzərdə tuturdu və ümumi dəyəri 767.970,15 AZN təşkil edirdi.
Tenderin əhatə etdiyi sahələr:
-
Heydər Əliyev prospekti – 3, 7, 9 nömrəli yaşayış binalarının həyətyanı sahəsi
-
Təbriz oteli ətrafı və Atatürk küçəsi – Mərkəzi poçt və M.S. Ordubadi adına Naxçıvan MR Kitabxanasının ətrafı
-
Nizami küçəsi – Tibb Kolleci və Xan Sarayı dayanacağı ətrafı
-
İstiqlal küçəsi – 94 NTV ətrafı
-
V.Qasımov küçəsi – 4/10a Qızlar bulağı və bazar yolu ətrafı
Müsabiqə ilk dəfə 11 may 2024-cü il saat 17:26-da dərc olunmuşdu. Təkliflərin qəbulu üçün son tarix 6 iyun 2024-cü il saat 15:00 müəyyən edilmişdi və həmin vaxtda zərflərin açılması planlaşdırılırdı. Lakin nəzarət orqanının müdaxiləsi ilə tender ləğv edilib.