Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu kotirovka sorğusu elan edir.
“Deloitte & Touche” dövlət qurumunun auditini aparacaq – MƏBLƏĞ
FED.az xəbər verir ki, elanda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2023-cü il maliyyə hesabatlarının yoxlanılması üçün kənar audit xidmətinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 191 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 0200021121
Ehtimal olunan qiymət: 95 550 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 06.05.2024 20:41
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.05.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 22.05.2024 16:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İlkin Məmmədov, Aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 060-323-15-13