Naxçıvanda həyata keçirilən iri məbləğli tenderə yekun vurulub.
Dövlət Agentliyi avtomobillərini sığortalayacaq şirkət axtarır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, “Naxçıvan Yol Təchizat” MMC maşın və mexanizmlərin satın alınması ilə bağlı tender elan etmişdi. Tenderin nəticəsinə əsasən, qalib olaraq “Az-Tex-İmport” MMC qalib seçilib.
Qeyd edək ki, “Az-Tex-İmport” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.290 ünvanında yerləşir.
Qalib şirkətə 7 480 855 manat ödəniləcək. Tender çərçivəsində aşağıdakı cədvəldə qeyd olunan maşın və mexanizmlər satın alınacaq:
| № | Başlıq | Miqdar | Ölçü vahidi | 
| 1 | Avtokar (yükləyici) | 1 | ədəd | 
| 2 | Monipulyator (kran 7-10 ton) | 1 | ədəd | 
| 3 | Kəpçə | 3 | ədəd | 
| 4 | Yol cizgi boya makinası | 1 | ədəd | 
| 5 | Yükləyici kon | 1 | ədəd | 
| 6 | Təkərli ekskavator | 1 | ədəd | 
| 7 | Avtoqreyder | 3 | ədəd | 
| 8 | Yüksək tonnajlı ekskavator | 2 | ədəd | 
| 9 | Torpaq vərdənəsi 14 ton | 2 | ədəd | 
| 10 | Asfalt vərdənəsi 4 tonluq | 3 | ədəd | 
| 11 | Asfalt vərdənəsi 14 tonluq | 1 | ədəd | 
| 12 | Asfalt yayan | 1 | ədəd | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








