Naxçıvan Şəhər İcra Hakimiyyəti “Kommunal təyinatlı avtomobil və traktorların alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Çərkəzoğlu” MMC olub.
Şirkətlə 1 221 890 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıda göstərilən avtomobil və traktorlar satın alınacaq:
1 ədəd tullantı kürəyən traktor (tırtıllı buldozer)
1 ədəd sahibsiz itlərin daşınması üçün xüsusi təyinatlı maşın
2 ədəd tullantı daşıyan maşın (boyük həcmli)
1 ədəd tullantı daşıyan maşın (kiçik həcmli)
2 ədəd özü yükünü boşaldan avtomaşın
1 ədəd qar kürəyən maşın (qoşqu və duz səpən qurğulu)
1 ədəd kəpçə traktor
1 ədəd ekskovator
1 ədəd avtokran səbət
2 ədəd su maşını
Qeyd edək ki, “Çərkəzoğlu” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vasif Əliyev Çərkəz oğludur. Hüquqi ünvanı AZ6800, Şərur Rayonu, Çomaxtur Kəndi ünvanında yerləşir.