Naxçıvan MR Səhiyyə Nazirliyi açıq tender elan edir.
Naxçıvan MR Səhiyyə Nazirliyi - BÖYÜK TENDER ELAN EDİR
FED.az xəbər verir ki, tender elanı dərmanlar, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələr, ləvazimatlar və materialların alınması ilə bağlıdır.
Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhəri Ə.Əliyev 120
İştirak haqqı: 1.500 AZN
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.03.2023 10:14
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.05.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 08.05.2023 15:00
Əlaqələndirici şəxs: Musayev Asəf Mütəllim oğlu
Əlaqələndirici şəxsin nömrəsi: +994513111277
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.