"Naxçıvan Dövlət Universiteti" Publik Hüquqi Şəxsi (VÖEN – 0200150211) tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti universitet tərəfindən 2023, 2024 və 2025-ci maliyyə illəri üzrə maliyyə hesabatlarına rəy verilməsi üçün kənar audit xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 76 293 manat təşkil edir.
1. Maliyyə vəziyyəti haqqında hesabat
2. Mənfəət və zərər və digər məcmu gəlirlər haqqında hesabat
3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
4. Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat
5. Maliyyə hesabatlarına dair izahlı qeydlər
6. Müstəqil auditorun rəyi
Təkliflərin son təqdim olunma vaxtı 16 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 153 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Sənan Zeynalov - Baş Mütəxəssis
[email protected]
+994 70 979 12 00
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 mart 2026-cı il tarixinə qədər Naxçıvan şəhəri ünvanına təqdim edə bilərlər.











