FED.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi AÇIQ TENDER ELAN EDİR
Lot-1. Dövlət Bayrağı Muzeyinə hədiyyəlik suvenirlərin və malların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisi, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin ofisindən (əlaqələndirici şəxs N.Abdullayevdən , telefon.:(012) 404-95-96) ala bilərlər.
İştirak haqqı 500 (beş yüz) manatdır.
Bankın adı: “KAPİTAL BANK” ASC- nin GƏNCLİK FİLİALI
KOD: 200189
VÖEN: 9900003611
M h: AZ37NABZ01350100000000001944
SWİFT BİK: AIIBAZ2X
TƏŞKİLAT: AR DBİ DÖVLƏT BAYRAĞI MUZEYİ
H/ h: AZ69AIIB38090019440071684118
VÖEN: 1701243931
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi(təkliflərin açıldılğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tədbir keçirilməsi və suvenir sahəsində təcrübəsinin olması;
- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə(əsli və surəti) tərtib olunmalıdır(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri(tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 oktyabr 2018-ci il saat 17 .00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 oktyabr 2018-ci il saat 17 .00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ,Dövlət Bayrağı Meydanının ərazisində ofisə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 26 oktyabr 2018-ci il saat 12 .00-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ,Dövlət Bayrağı Meydanının ərazisi, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin ofisində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Muzey üçün hədiyyəlik suvenir alınır – TENDER ELANI
10:28
27 Sen 2018