“Bakı Metropoliteni” QSC müxtəlif növ geyim formalarının satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Müsabiqənin başlama tarixi və vaxtı: 02.06.2023 10:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 23.06.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.07.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı:07.07.2023 11:00
Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında (hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri - Bakı Metropoliteni QSC mərkəzi anbarı
Çatdırılma müddəti - 12 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Maliyyə vəziyyəti haqqında bank arayışı. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı (hesab qalığı göstərilməklə olmalıdır)
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Uyğunluq haqqında məlumat Əlavə № 4
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin Bağırov, Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: 490-01-01
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
İşçi gödəkcəsi |
Standartlara uyğunluq : QOST 2757587. EN ISO 13688:2013, EN 14404:2004+A1:2010. QOST 12.4.2802014. Ümumi məlumat: Material: 70 % pambıq 30% poliester sıxlıq > 250- 300 qr/m2 2 ədəd klapanlı döş cibi, 2 ədəd çəp ağızlı cib, iki rəngli, qollarda, çiyinlərdə və bel hissəsində işıqqaytaran zolaqlar. |
3.500 |
ədəd |
2 |
İşçi şalvarları |
Standartlara uyğunluq : : QOST 27575-87. EN ISO 13688:2013, EN 14404:2004+A1:2010. QOST 12.4.2802014. Material 70 % pambıq 30% poliester 250- 300 qr/m2 Yan tərəfləri elastik olan bel hissə, şalvarın ön tərəfində qırçın, zəncirbəndli qulfik, düymə ilə bağlanan bel hissəsi, dizlərdə üstdən tikilmə gücləndirici qat, bel kəməri üçün beş ədəd ilgək, 2 ədəd yan cib, 1 ədəd klapanlı üstdən tikilmə arxa cib, iki rəngli, ayaqda 2 ədəd böyük yan cib,ayaqlarda işıqqaytaran zolaq. |
3.500 |
ədəd |
3 |
Qış gödəkcəsi |
Standartlara uyğunluq : Əsas parça:İsidici: 100% polister. EN 342 ,QOST R 12.4.236-2011. TR TS 019/2011. Ön tərəfdə gizli basma düymələrlə bağlanan üst planka və iki istiqamətli zəncirbənd, flis yaxalıq, gizli toxunma trikotaj manjet, qaytanla sıxıla bilən ətək və bel hissə, ayrılan və qaytanla sıxıla bilən başlıq , əlləri soyuqdan qorumaq üçün 2 ədəd basma düyməli cib,gizli basma düymə ilə bağlanan klapanlı, iki girişi olan 2 ədəd aşağı yan cib, 2 ədəd zəncirbəndli iç cib, döş ətrafında və qollarda işıqqaytaran zolaqlar, iki rəngli. |
2.000 |
ədəd |
4 |
İşçi xalati |
İşçi xalati Standartlara uyğunluq: TR TS 019/2011 QOST 12.4.280-2014 Ümumi məlumat: Knopkalı bağlanma, inglis yaxa, üst yan və sinə üstü ciblər, manjetli 3/4 qollar ilə xələt. Parça: qarışıq (65% PE, 35% pambıq) Və yaxud. Gödəkçə knopkalı bağlanma ilə, yanlarda kəsiklər; yan və sinə üstü ciblər ilə. Şalvar belliklə, yanlarda tənzimlənmə üçün elastik lent. Parça: qarışıq (65% PE, 35% pambıq) su keçirtməyən işlənmə ilə. Sıxlıq: 150- 250 q/m2 |
100 |
ədəd |
5 |
Xalat həkimlər üçün: |
Standartlara uyğunluq: TR TS 019/2011 QOST 12.4.280-2014 Ümumi məlumat: Parça qarışıq (65% PE, 35% pambıq) |
12 |
ədəd |
6 |
Xüsusi geyim xidmət sahəsində çalışan işçilər üçün geyim (xalat) |
Standartlara uyğunluq: TR TS 019/2011 QOST 12.4.280-2014 Ümumi məlumat: Parça qarışıq (65% PE, 35% pambıq) |
160 |
ədəd |
7 |
Qaynaqçı gödəkçəsi |
Standartlara uyğunluq: EN ISO 11611, QOST 12.4.045-87 QOST 12.4.250-2013. Ümumi məlumat: 75% pambıq, 25% Poliester. qığılcım, ərinmiş metaldan 23 cü sinif qorunma. Parçanın sıxlığı 420- qr/kv.m. |
200 |
ədəd |
8 |
Qaynaqçı şalvarı |
Standartlara uyğunluq : EN 470-1, QOST ISO 11611-2011 EN ISO 11611, QOST 12.4.045-87. QOST 12.4.250-2013. Ümumi məlumat: 75% pambıq, 25% Poliester. qığılcım, ərinmiş metaldan 23 cü sinif qorunma. Parçanın sıxlığı 420- qr/kv.m, |
200 |
ədəd |
9 |
Oda davamlı isti pambıq gödəkçə |
Standart EN ISO 11612, EN ISO 13688. ГОСТ 12.4.250-2013 (ədəd): 1141230029002 |
60 |
ədəd |
10 |
Odadavamlı OD sırıqlı isti pambıq alt şalvar |
Standart: EN ISO 11612, EN ISO 13688, ГОСТ 12.4.250-2013 (ədəd): 1141230029102 |
60 |
ədəd |
11 |
Boya vurmaq üçün xüsusi geyim Birdəfəlik kombizon |
Standartlara uyğunluq: EN 1073-2,En 1149 Ümumi təsviri:elastic sifət, bilək, bel və topuq hissələri, elastic arxa hissəsi,elastik manjetlər, bitişik kapüşon 2 hisəlli, |
1.800 |
ədəd |
12 |
Pambıq qısaqol mayka. |
Ümumi məlumat: Standarta uyğunluq: ГОСТ 314082009. Parça: 100% pambıq (98% pambıq/2% viskoza). Qısaqol, 160 gsm, incə tək trikotaj, daranmış pambıq, yumruboğaz. Ətəyində və qollarında ikiqat tikiş, çox yumşaq və hamar. |
3.500 |
ədəd |