Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, AİS-Aktivlərin idarə edilməsi sisteminə (ais.edu.az) təhsil müəssisəsinin 01.01.2023 tarixinə balansında olan aktiv məlumatlarının sistemin tələblərinə uyğun formata gətirilməsi, Aktivlərin idarə edilməsi sistemin təhsil müəssisəsinin mühasibinə təlim, Aktivlərin idarə edilməsi sisteminin Dərslik sifarişi modulu üçün təhsil müəssisələrinin 01.01.2023 tarixinə balansında olan dərslik məlumatlarının sistemə uyğun formatda yüklənilməsi, Təhsil idarələri və təhsil müəssisələrində ais.edu.az sistemi üzrə mentorluq xidməti və Aktivlərin idarə edilməsi sistemində daşınmaz əmlak və sistemdə nəzarət modulunun hazırlanması kimi iş və xidmətlərin satınalınması nəzərdə tutuıur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1501267101
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə
Müsabiqənin başlama tarixi və vaxtı: 04.07.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.07.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 03.08.2023 17:00
Çatdırılma yeri - Azərbaycan, Bakı
Çatdırılma müddəti - 29.12.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın nizamnaməsinin notarial qaydada təsdiq edilmiş
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayışın
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. Sənədin orjinalının skan (pdf formatda) edilmiş surətinin yerləşdirilməsi zəruridir.
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında (təqdimetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) bank arayışı.
Mikro, kiçik və orta sahibkarlıq subyekti kategoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi meyarı üzrə -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayışın
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması” meyarı üzrə - “Yüklülük barədə” müvafiq vergi orqanından alınan və notarial qaydada təsdiq edilmiş arayış
İddiaçının ixtisas uyğunluğu barədə sənədlər
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması” meyarı üzrə - İddiaçının qanuni təmsilçisinin vəzifəyə təyin olunmasını təsdiq edən sənədin
Tenderdə iştirak etmək üçün müraciət
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Emin Abbasov, inspektor
Email: [email protected]
Əlaqə telefonu: 0125650237
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
AİS-Aktivlərin idarə edilməsi sisteminə (ais.edu.az) təhsil müəssisəsinin 01.01.2023 tarixinə balansında olan aktiv məlumatlarının sistemin tələblərinə uyğun formata gətirilməsi |
AİS-Aktivlərin idarə edilməsi sisteminə (ais.edu.az) təhsil müəssisəsinin 01.01.2023 tarixinə balansında olan aktiv məlumatlarının sistemin tələblərinə uyğun formata gətirilməsi |
2.580 |
ədəd |
2 |
AİS – Aktivlərin idarə edilməsi sistemin təhsil müəssisəsinin mühasibinə təlim. |
AİS – Aktivlərin idarə edilməsi sistemin təhsil müəssisəsinin mühasibinə təlim. |
75 |
nəfər |
3 |
AİS-Aktivlərin idarə edilməsi sisteminin Dərslik sifarişi modulu üçün təhsil müəssisələrinin 01.01.2023 tarixinə balansında olan dərslik məlumatlarının sistemə uyğun formatda yüklənilməsi. |
AİS-Aktivlərin idarə edilməsi sisteminin Dərslik sifarişi modulu üçün təhsil müəssisələrinin 01.01.2023 tarixinə balansında olan dərslik məlumatlarının sistemə uyğun formatda yüklənilməsi. |
4.000 |
ədəd |
4 |
Təhsil idarələri və təhsil müəssisələrində ais.edu.az sistemi üzrə mentorluq xidməti |
Təhsil idarələri və təhsil müəssisələrində ais.edu.az sistemi üzrə mentorluq xidməti |
594 |
nəfər |
5 |
AİS- Aktivlərin idarə edilməsi sistemində daşınmaz əmlak və sistemdə nəzarət modulunun hazırlanması. |
AİS- Aktivlərin idarə edilməsi sistemində daşınmaz əmlak və sistemdə nəzarət modulunun hazırlanması. |
1 |
ədəd |