"Yeni Klinika" PHŞ mühafizə avadanlıqları ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1604005991
Satınalan təşkilatın ünvanı: H.Əliyev pr 142
Müsabiqənin başlama tarixi və vaxtı: 14.06.2023 16:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.07.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:19.07.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 20.07.2023 16:00
Müqavilə üzrə ödənişlər mallar təhvil verildikdən və təhvil-təslim aktı imzalanıb təsdiq edildiqdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - Qalib şirkət malları Bakı şəhəri, Heydər Əliyev pr-ti, 142 ünvanına təhvil verəcəkdir
Çatdırılma müddəti - Satınalma müqaviləsi imzalandıqdan sonra qalib şirkət malları ən geci 30 gün ərzində iş həcmində qeyd olunan təlabata uyğun təhvil verməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səbinə Məhərrəmova, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012) 505-62-34
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış elan verilən tarixdən sonra alınaraq verən orqan tərəfindən təqdim edilən sənədin əsli və ya ya notarial qaydada təsdiqlənmiş surəti);
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (2022-ci il üzrə Vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin verən orqan (vergi xidməti) tərəfindən və ya notarial qaydada təsdiqlənmiş surəti pdf formatında olmalıdır.);
İddiaçının Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq verən orqan tərəfindən təqdim edilən sənədin əsli və ya ya notarial qaydada təsdiqlənmiş surəti);
İddiaçının Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq verən orqan tərəfindən təqdim edilən sənədin əsli və ya ya notarial qaydada təsdiqlənmiş surəti)
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (analoji sahə üzrə işləyən işçilər ixtisas göstəricilərinin və peşəkarlığını təsdiq edən elektron informasiya sistemindən bildirişlər);
İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış elan verilən tarixdən sonra alınaraq əsli pdf formatında yüklənməlidir);
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə (reyestrdən çıxarış)
Rekvizitlər
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış 2022-ci ili əhatə etməlidir və Dövlət Statistika Komitəsindən alınmalıdır);
Təhvil verilən mallara minumum 1 il olmaqla yazılı zəmanət (sənədin əsli əlavə olunmalıdır);
Analoji sahə üzrə yerinə yetirilmiş ən azı 1 müqavilə və həmin müqavilələrin icrası barədə təhvil-təslim aktlarının əsilləri (sənədlərin əsilləri əlavə olunmalıdır).
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Keçid detektoru |
Rəngli sensor ekranlı LCD display . Modul dizaynı ilə quraşdırılması və istifadəsi asan . Aşağı gərginlikli dizaynla təhlükəsiz istifadə edilə bilən . Real vaxt rejimində fon müdaxiləsini izləyən və göstərən . Bədən istiliyi siqnalı üçün səs və işıq xəbərdarlığı . 0 - 99 - a qədər tənzimlənən təhlükəsizlik dərəcəsi . Şəbəkə vasitəsilə uzaqdan monitorinq və konfiqurasiya edilə bilən . |
3 |
ədəd |
2 |
X-ray |
LCD ekran.X-ray görüntüsü ağ - qara. Üzvi , qeyri - üzvi və təhlükəli materialı ayırmaq imkanı.Birdən çox funksiya : yüksək / aşağı nüfuzetmə ekranı , parlaq / qaranlıq , təsvir böyütmə , təkrarlanma , bərpa , saxlama , şəbəkə . |
3 |
ədəd |
3 |
Turniket |
Piyada giriş - çıxış nəzarətini və orta səviyyəli təhlükəsizliyin təmini . Fərqli bədən formasına malik tək ayaqlı tripod , tək bölmənin quraşdırılması , ikitərəfli keçid standart ölçüdə , hər turniketdə kart oxuyucu.Kart sayı 1500 - ədəd . Kart oxuyucu sayı - 24 ədəd . Proqram təminatı daxil . |
6 |
ədəd |
4 |
Avadanlıqların quraşdırılması |
Siyahı üzrə olan bütün avadanlıqların quraşdırılması . |
12 |
ədəd |