BEYNƏLXALQ MUĞAM MƏRKƏZI (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 10 lot üzrə keçirilir::
lot 1 - Mərmər, şüşə və kovralitin yuyulması işləri
lot 2 - Ventilyasiya, kondisioner, soyutma, isitmə-soyutma və su təchizatı sistemlərinə texniki xidmətlər
lot 3 - UPS sisteminin servis xidmətləri
lot 4 - Dizel generator sisteminin servis xidmətləri
lot 5 - Yanğın söndürmə və tüstübaca sisteminə servis xidmətləri
lot 6 - Yanğın balonlarının təmiri və doldurulması xidmətləri
lot 7 - Keçirilən tədbir və konsertlərin reklamlarını videoçarxlarda və afişalarda Bakı şəhərində yerləşdirilməsi xidmətləri
lot 8 - Təbii və suni güllər
lot 9 - Çiller qrupunun yağının, yağ filterinin və frion filterinin satınalınması və dəyişdirilməsi işləri
lot 10 - Kondisioner sistemlərinin hava filterləri
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useyinov pr. 30 (Əlaqələndirici şəxs :Asif Qədimov, telefon :(012) 497-89-72) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 160 manat
lot 2 - 270 manat
lot 3 - 20 manat
lot 4 - 30 manat
lot 5 - 90 manat
lot 6 - 10 manat
lot 7 - 150 manat
lot 8 - 75 manat
lot 9 - 50 manat
lot 10 - 65 manat
Hesab: | AZ20CTRE00000000000004638301 Fond:3 |
VÖEN | 1701066551 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-02-26 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-06 17:00qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useyinov pr. 30 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-03-07 12:00 tarixində Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useyinov pr. 30 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI