Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi təmir işləri ilə bağlı təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, təkliflər sorğusu Müdafiə Nazirliyinin hərbi hissə və hərbi şəhərciklərində yerləşən qazanxana, kombi, nasosxana avadanlıqlarına servis xidmətinin göstərilməsi, istismar zamanı təcili zərurət yarandığı hallarda ehtiyat hissələrinin dəyişdirilməsi, daxili və xarici istilik xətlərində yaranmış təmir işlərinin satınalınması işlərini əhatə edir.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: -
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küç, "Bakı-52" hərbi şəhərciyi
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 07.03.2023 11:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 29.03.2023 18:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.