Müdafiə Nazirliyinin tenderinin davamından imtina olunub.
FED.az xəbər verir ki, buna səbəb Müdafiə Nazirliyi üçün 2023-cü ildə dərc olunacaq qəzet və jurnalların satın alınması məqsədilə açıq tender metodu ilə (eTender) 054756 27.12.2022-ci il tarixdə başlanmış və 31.01.2023-cü il tarixdə keçirilməli olan tender müsabiqəsində malgöndərənin təqdim etdiyi ərizələrin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması olub. Nəticədə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edilib.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.