Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun müxtəlif hərbi hissələri üçün idman malları və avadanlıqlarının satın alınması məqsədilə dörd ayrı tender elanı dərc olunub.
Qurğular gözləyir, podratçılar görünmür – 373 MİNLİK TENDERLƏR LƏĞV OLUNDU
FED.az xəbər verir ki, satınalma prosedurları 30 may 2025-ci il tarixində elan edilib və bütün tenderlərin təqdim və açılış mərhələsi 25 iyun 2025-ci il saat 15:30-da baş tutacaq. Satınalma prosesində ümumi ehtimal olunan məbləğ 1.944.198 manat təşkil edir.
İlk tender Lot 4 üzrə idman mallarının satın alınmasını əhatə edir. Bu layihənin ümumi dəyəri 694.875 manat olaraq göstərilib. Müvafiq tenderdə iştirak etmək istəyən şirkətlər üçün giriş haqqı 450 manat müəyyən edilib.
İkinci, üçüncü və dördüncü tenderlər isə müxtəlif Lot-lar üzrə idman avadanlıqlarının satın alınmasını əhatə edir. Lot 3 üçün ehtimal olunan məbləğ 448.294 manat, Lot 2 üzrə isə 253.989 manatdır. Sonuncu elan – Lot 1 üçün isə 547.040 manatlıq avadanlıq alınması planlaşdırılır. Lot 1 və 4 tenderlərinin iştirak haqqı 450 manat, Lot 2 və 3 üçün isə 350 manat təyin edilib.
Hər dörd tenderin əlaqələndirici şəxs qismində Satınalma Komissiyasının üzvü Vüqar Abbasov çıxış edir. Maraqlı tərəflər öz müraciət və suallarını [email protected] elektron poçt ünvanına və ya +994 12 525 37 92 nömrəsinə yönləndirə bilərlər.
Tenderlərin yekunlaşmasından sonra qalib şirkətlərin kimliyi və müqavilələrin dəyəri barədə əlavə məlumatların paylaşılması gözlənilir.