Müdafiə Nazirliyi printer, kağızdoğrayan, proyektor və laminasiya cihazlarının satın alınması ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Halal-P" MMC olub.
Qalib şirkətə 359 841 manat ödəniləcək.
"Halal-P" MMC bundan öncə Baş Prokurorluğun 21 929 manat dəyərindəki "Sürətli çap maşınları və skaner aparatlarının satın alınması" və 94 053 manat dəyərindəki "Mətbəə mallarının satın alınması" tenderlərini qazanıb (27.02.2023).