Müdafiə Nazirliyi camaşırların yuyulması xidməti üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tender elanları Azərbaycan Ordusunun Laçın və Kəlbəcər zonalarında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınmasını əhatə edir.
1.Azərbaycan Ordusunun Laçın zonasında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması.
Tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə yanvar ayının 28-də başlayır.Tələb olunan sənədlər fevralın 17-dək, təkliflər isə fevralın 27-dək təqdim edilməlidir. Zərflər fevral ayının 28-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Çatdırılma yeri: Müdafiə Nazirliyi
Çatdırılma müddəti: Xidmətlərin göstərilməsi 2023-cü il ərzində həftəlik olaraq hissə-hissə həyata keçirilməlidir.
Qeyd: Xidmətin göstərilməsi üçün tələb olunan nəqliyyat vasitəsinin növü və işçi qüvvəsinin tərkibi “İcraçı” tərəfindən müəyyənləşdirilir. Çirkli camaşırlar İcraçı tərəfindən hər həftətədə 1 (bir) dəfədən az olmayaraq hərbi hissələrdən təhvil alınaraq yuyulma məntəqəsinə çatdırılır. Yuyulmuş camaşırlar, 5-10 ədəd və ya dəst olmaqla müvafiq standartlara uyğun ütülənib qatlanaraq, hərbi hissənin nömrəsi göstərilməklə, polietilen kisələrə qablaşdırılmalıdır. Camaşırların daşınması böyuk həcmli, “Çirkli” və ya ”Təmiz” sözləri ilə markalanmış xüsusi kisələrdə həyata keçirilməlidir və aidiyyəti hərbi hissələrə təhvil verilməlidir.
Miqdar - 400 000 kq
2.Azərbaycan Ordusunun Kəlbəcər zonasında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması.
Tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə yanvar ayının 28-də başlayır.Tələb olunan sənədlər fevralın 17-dək, təkliflər isə fevralın 27-dək təqdim edilməlidir. Zərflər fevral ayının 28-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Çatdırılma yeri: Müdafiə Nazirliyi
Çatdırılma müddəti: Xidmətlərin göstərilməsi 2023-cü il ərzində həftəlik olaraq hissə-hissə həyata keçirilməlidir.
Qeyd: Xidmətin göstərilməsi üçün tələb olunan nəqliyyat vasitəsinin növü və işçi qüvvəsinin tərkibi “İcraçı” tərəfindən müəyyənləşdirilir. Çirkli camaşırlar İcraçı tərəfindən hər həftətədə 1 (bir) dəfədən az olmayaraq hərbi hissələrdən təhvil alınaraq yuyulma məntəqəsinə çatdırılır. Yuyulmuş camaşırlar, 5-10 ədəd və ya dəst olmaqla müvafiq standartlara uyğun ütülənib qatlanaraq, hərbi hissənin nömrəsi göstərilməklə, polietilen kisələrə qablaşdırılmalıdır. Camaşırların daşınması böyuk həcmli, “Çirkli” və ya ”Təmiz” sözləri ilə markalanmış xüsusi kisələrdə həyata keçirilməlidir və aidiyyəti hərbi hissələrə təhvil verilməlidir.
Miqdar - 150 000 kq