Müdafiə Nazirliyi idman geyimlərinin (idman geyimləri və geyimlərə aid digər vasitələr) satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Satınalma predmeti: Müdafiə Nazirliyi üçün idman geyimlərinin (idman geyimləri və geyimlərə aid digər vasitələr) satın alınması.
ÜSL kod (kateqoriya): 18412000-0 İdman geyimləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 30.03.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.04.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 02.05.2023 10:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Mallar satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 15 (on beş) təqvim günü ərzində tam təhvil verilməlidir.
Tender təklifi - Qiymət təklifi: 90 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
Tələb olunan iddiaçıların sayı: 3
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Boks geyimi (tuman və mayka) |
Boks geyimi mayka və tumandan ibarət olmalıdır. Mayka düz siluetlidir, çiyin və yan tikişlidir, qolsuzdur. Tuman orta və yan tikişlidir. Tumanın bel hissəsi 4 sm enində qatlanaraq, elastik rezin və qaytan ilə yığılmalıdır. Tumanın aşağı kəsiyi 2-2.5 sm enində qatlanıb tikilməlidir. Mayka və tuman polyester tərkibli parçadan hazırlanmalıdır. |
20 |
dəst |
2 |
Boks baş qoruyucusu |
Boks baş qoruyucusu yüksək keyfiyyətli, uzun müddət istismara davamlı süni dəridən yumşaldıcı araqatı ilə hazırlanmalıdır. Başın, yanaqların və çənənin qismən örtülməsini təmin etməli, eyni zamanda görmə qabliyyətini məhdudlaşdırmamalıdır. Ölçüləri tənzimləyici kəmər vasitəsi ilə tənzimlənməlidir. |
20 |
ədəd |
3 |
Boks əlcəyi |
Boks əlcəkləri boks yarışlarında və fərdi məşqlərdə istifadə üçün yararlı, yüksək keyfiyyətli, uzun müddət istismara davamlı süni dəridən yumşaldıcı araqatı ilə hazırlanmalıdır. Biləyin qorunması və barmaqların rahatlığını təmin etmək üçün əlcəklər xüsusi formada hazırlanmalı, bilək hissəsindən yapışqanlı (cırt-cırtlı lent) lent ilə bağlanmalıdır. Əlcəklərin hər cütü fərdi çantalara qablaşdırılmalıdır. |
20 |
cüt |
4 |
Cüdo geyimi (ağ) |
Cüdo geyim dəsti ağ rəngli gödəkcə və şalvardan ibarətdir. Gödəkcə düz siluetlidir, qolları qol dibinə tikiləndir, astarsızdır, bel səviyyəsində kəmər ilə yığılıb bağlanandır. Şalvar orta və yan tikişlidir, bel hissəsi 4 sm enində qatlanaraq, elastik rezin və qaytan ilə yığılmalıdır. Şalvarın ətəkləri 2-2.5 sm enində qatlanıb tikilməlidir. Cüdo geyiminin istismara davamlığını artırmaq üçün polyester və pambıq qarışığı olan liflərdən toxunan parçadan hazırlanmalıdır. Gödəkcənin materialının səthi sıxlığı 320-350 qr/m², şalvarın materialı isə 200-220 qr/m² olmalıdır. |
15 |
dəst |
5 |
Cüdo geyimi (göy) |
Cüdo geyim dəsti göy rəngli gödəkcə və şalvardan ibarətdir. Gödəkcə düz siluetlidir, qolları qol dibinə tikiləndir, astarsızdır, bel səviyyəsində kəmər ilə yığılıb bağlanandır. Cüdo geyiminin istismara davamlığını artırmaq üçün polyester və pambıq qarışığı olan liflərdən toxunan parçadan hazırlanmalıdır. Gödəkcənin materialının səthi sıxlığı 320-350 qr/m², şalvarın materialı isə 200-220 qr/m² olmalıdır. |
15 |
dəst |
6 |
Taekvondo geyimi (dabok) |
Taekvondo geyim dəsti gödəkcə və şalvardan ibarətdir. Gödəkcə düz siluetlidir, qolları qol dibinə tikiləndir, astarsızdır, yaxası üçbucaq şəkillidir. Şalvar orta və yan tikişlidir, bel hissəsi 4 sm enində qatlanaraq, elastik rezin və qaytan ilə yığılmalıdır. Şalvarın ətəkləri 2-2.5 sm enində qatlanıb tikilməlidir. |
30 |
dəst |
7 |
Taekvondo qoruyucu ayaqlıq |
Taekvondo qoruyucu ayaqlıqlar xüsusi qəlibləmə üsulu ilə ayaqların baldır nahiyəsinin formasına uyğun sərt plasmas materialdan hazırlanmalıdır. Ayaqlıqların alt tərəfinə yumşaldıcı araqatı üzərinə isə yüksək keyfiyyətli, uzun müddət istismara davamlı süni dəridən üzlük tikilir. Hərəkət və sürəti təmin etmək üçün çəkisi yüngül olmalıdır. Taekvondo qoruyucu ayaqlıq ayağa bağlanması üçün yapışqanlı (cırt-cırtlı lent) lentdən qayışlarla təmin olunmalıdır. |
30 |
cüt |
8 |
Taekvondo qoruyucu qolluq |
Taekvondo qoruyucu qolluqlar xüsusi qəlibləmə üsulu ilə qolların bilək nahiyəsinin formasına uyğun sərt plasmas materialdan hazırlanmalıdır. Qolluqların alt tərəfinə yumşaldıcı araqatı üzərinə isə yüksək keyfiyyətli, uzun müddət istismara davamlı süni dəridən üzlük tikilir. Hərəkət və sürəti təmin etmək üçün çəkisi yüngül olmalıdır. Taekvondo qoruyucu qolluq qollara bağlanması üçün yapışqanlı (cırt-cırtlı lent) lentdən qayışlarla təmin olunmalıdır. |
30 |
cüt |
9 |
Taekvondo qoruyucu pax |
Taekvondo qoruyucu pax xüsusi qəlibləmə üsulu ilə sərt plasmas materialdan hazırlanmalıdır. Pax alt tərəfinə yumşaldıcı araqatı üzərinə isə yüksək keyfiyyətli, uzun müddət istismara davamlı süni dəridən üzlük tikilir. |
30 |
ədəd |
10 |
Lapa (tent böyük) |
Lapalar sərt zərbələrin qarşısını almaq, bilək və əllərin zədələnmədən qorumaq üçün yüksək keyfiyyətli süni dəridən və sıx köpüklü (süngər) xüsusi qəlibə malik araqatı ilə hazırlanmalıdır. Lapaların ölçüləri 26x40 sm olmalıdır. |
15 |
ədəd |
11 |
Lapa (mit kiçik) |
Lapalar sərt zərbələrin qarşısını almaq, bilək və əllərin zədələnmədən qorumaq üçün yüksək keyfiyyətli süni dəridən və sıx köpüklü (süngər) xüsusi qəlibə malik araqatı ilə hazırlanmalıdır. Lapaların çəkisi 130±3 qr, ölçüləri isə 10,63x7,87x1,97 sm olmalıdır. |
30 |
ədəd |