Müdafiə Naizrliyi mərasim geyimlərinin alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi orkestrlərinin heyətləri üçün mərasim geyimlərinin satın alınması ilə bağlı tender elan edir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 11.03.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.04.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı:18.04.2023 10:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Mallar satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 3 (üç) ay ərzində tam təhvil verilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Furajka |
HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD FURAJKASININ HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Furajka – bej və ya tünd göy rəngli hazırlanmalıdır. Oval formalı dibçikdən, təpə, dövrə, günlük hissələrindən, qızılı rəngli çənəaltı qayışçıqdan və forma düymələrindən ibarətdir. Hərbi orkestr hərbi qulluqçuları üçün xüsusi parad furajkası şalvarın rəngində tikilməlidir. Dibçik, təpə , dövrə bej və ya tünd göy rəngdə tikilməlidir. Dövrənin üstündən xüsusi, qızılı rəngli, bəzək lenti keçirilməlidir. Öndə, furajkanın təpəsində və dövrəsində, Quru Qoşun növünə müəyyən edilmiş qızılı rəngdə toxunma kokarda olmalıdır. Kokardanın parçasının rəngi furajkanın rənginə uyğun olmalıdır. Furajka başda olarkən havalanmasını təmin etmək məqsədi ilə dibçikdə hər yan tikişin yanında 2 ədəd (çəmi 4 ədəd) torlu metal həlqələr keçirilməlidir. Təpənin içəri üzdən ortasına 7x5 sm ölçüdə şəffav polietilen ekran tikilməlidir. Günlük qara rəngdə olmalıdır. Qızılı rəngli çənəaltı qayışçıq, üstündə aypara və səkkiz guşəli ulduz həkk edilmiş, qızılı rəngli kiçik forma düymə vasitəsi ilə düymələnməlidir. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD FURAJKASININ QABLAŞDIRILMASINA OLAN ƏSAS TƏLƏBLƏR. Məmulatın markalanmasında nəzarət lenti və qablaşdırma yarlığı tətbiq olunur. Nəzarət lentinin sahəsi 4 sm²-dən çox olmamalı və məmulatın ölçüsünü (56) özündə əks etdirməlidir. Təpənin içəri üzdən ortasına birləşdirilən 7x5 sm ölçüdə şəffav polietilen ekranın tikişinə bərkidilir. Məmulat yuxarıda göstərilən qaydada markalandıqdan sonra 10 ədəd olmaqla karton karobkalara yığılıb bağlanır. Karobkaların ağzını bağlamaq üçün yapışqanlı lentdən istifadə olunur. Karobkaların yan tərəflərindən birinə küncdən qablaşdırma yarlığı yapışdırılır. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m² olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm²-dən çox olmamalı və aşağıdakı rekvezitləri özündə əks etdirməlidir: - İstehsalçı müəssisənin əmtəə nişanı; - İstehsalçı müəssisənin adı və ya kodu; - Məmulatın adı; - Məmulatın ölçüsü; - Karobkada olan məmulatın ölçülər üzrə və ümumi miqdarı; - Məmulatın qiyməti; - Məmulatın istehsal ili; - Məmulatın Müdafə Nazirliyi üçün hazırlanmışdır satışı qadağandır. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD FURAJKASININ HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR: 1. Əsas parça: - rəngi – bej və ya tünd göy; - toxunuş – 2/2; - tərkibi – 45 % yun, 55 % poliestr; - səthi sıxlığı – 240 ± 10 qr/m2; - sapların sayı, ən azı: əriş – 30 ədəd/sm, arğac – 24 ədəd/sm. - qopma müqaviməti, ən azı, N: əriş – 800 arğac – 450. - rəngin davamlığı: ball yuyulmağa qarşı - 4-5, quru sürtünməyə qarşı - 5, yaş sürtünməyə qarşı - 4-5 , 2. Astarlıq parça: - rəngi – üzlük parçanın rənginə uyğun; - səthi sıxlığı – 60 ± 10 qr/m2; 3.Bəzək lenti: - rəngi – qızılı qırmızı xətlə; - eni – 4 sm. 4. Çənəaltı qayışcıq: - rəngi – qızılı; - eni – 1,5 sm. 5. Halqa üçün çubuq: - tərkibi – plastik material - eni – 12 mm; - qalınlığı – 2 mm. 6. Günlük: - tərkibi – plastik material; - sərtlik – 90±5 Shore A; 7 Metal torlu halqa: - rəngi – qara; - diametri – 12 mm. 8. Metal düymə: - rəngi – qızılı; - diametri – 5 mm. - düymələrin üzərindəki təsvirlər Quru Qoşunları hərbi qulluqçuları üçün təyin olunmuş təsvirlərə uyğun olmalıdır. 9. Tikiş sapları: - rəngi – məmulatın rənginə uyğun; - xətti sıxlığı – 40/2, 40/3. Təsviri Şəkil 1-ə uyğun. |
90 |
ədəd |
2 |
Qış paltosu |
HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN QIŞ PALTOSUNUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Palto iki bortlu, qatlanan yaxalıqlı, laskanlıdır, 3 böyük metal düymə və 3 hörmələnmiş ilgəklə (qadın hərbi qulluqçular üçün sağdan sola) düymələnir. Sol ətəkdə, sağ ətəkdəki düymələrə paralel 3 ədəd bəzək düymələri tikilməlidir. Sağ ətəkdə birinci düymə səviyyəsində ətəksaxlayıcı ilgək tikilir. Ətəksaxlayıcı ilgəyin duymələnməsi üçün sol ətəyə astar tərəfdən plastmas düymə tikilməlidir. Paltonun tam düymələnməsi üçün laskanların hər küncündə hörmələnmiş 1 ilgək (sağ və sol ətəyin yuxarısına) yaxalığın altına (sola-astar, sağa-üz tərəfdən) 1 ədəd plastmas düymə tikilməlidir. Ətəklər iki qarsaqlıdır. Ətəklərin (qadın hərbi qulluqçular üçün ətəklər döş səviyyəsində və yanlardan qarsaqlı olmalıdır) yan hissəsində kəsik ciblər tikilməlidir. Cib girişinin ölçüsü 15-16 sm (qadın hərbi qulluqçular üçün 13-14sm) olmalıdır. Cibin girişinə eni 1-1,5 sm olan köbə tikilməlidir. Cib girişinin üst kənarı 0,4 sm-lik bəzək tikişi ilə baxiyələnməlidir. Ciblər çəpinə qapaqla örtülməlidir. Qapağın eni 8-9 sm, uzunluğu 19-20 sm (qadın hərbi qulluqçular üçün qapagın enı 7-8 sm,uzunluğu 17- 18 sm) olmalıdır. Qapaqların kənarları 2 sm enində bəzək tikişi ilə baxiyələnməlidir. Cibin qapağı ətəyin üstünə 2 sm-lik bəzək tikişi ilə bəndlənməlidir. Yaxalıq dayaqla bütövbiçilir, qatlanandır. Üst yaxalığın dayağına astarlıq parçadan asılqan tikilməlidir. Yaxalıqla laskan iti bucaq əmələ gətirməlidir. Bucağın yaxalıq və laskan tərəfi 9 sm olmalıdır. Yaxalığın dayağının eni ortada qatlanmış vəziyyətdə 5 sm olmalıdır. Kürək bütövbiçimlidir. Kürəyin yuxarı hissəsində mərkəzdən iki tərəfli qat salınmalıdır, aşağı hissəsi ortadan kəsilməlidir və köbə (üzlük parçadan) ilə baxiyələnməlidir. Kürəyin yuxarı hissəsindəki qat, kürəyin üstünə orta tikişdən 2-2,5 sm məsafədə olan paralel və sonda üçbucaqla tamamlanan bəzək tikişi ilə bəndlənməlidir. Bəndin ümumi uzunluğu 17,5 sm-dir. Paltonun aşağı kəsik hissəsi 3 kiçik metal düymə və 3 hörmələnmiş ilgəklə düymələnməlidir. Ətəklər kürəyə relyef tikişləri ilə tikilməlidir. Kürəyin relyef tikişlərinə bel səviyyəsində kəmər tikilməlidir. Kəmərin eni 6,5-7 sm olmalıdır. Kəmərin üzərinə, ortadan böyük forma düyməsi ilə üstdənqoyma kəmər tikilməlidir. Üstdənqoyma kəmərin ucları uçbucaq şəkilli, uzunluğu isə 25-28 sm olmalıdır. Qollar iki tikişlidir. Qolların aşağı hissəsinə 16 sm uzunluğunda köbə tikilməlidir. Köbənin yuxarı hissəsi 2 sm enində bəzək tikişi ilə bəndlənməlidir. Zabitlər üçün paltonun qollarının qoldibinə birləşdirən tikişinə, çiyin nahiyəsində 1 kiçik metal düymə və 1 ilgəklə bağlanan paqon tikilməlidir. Paqonun uzunluğu 15-18 sm, eni çiyin nahiyyəsində 5 sm, ucunda isə 4 sm olmalıdır. Yaxalığın, laskanların, bortların, kəmərlərin kənarları 1,5 sm enində bəzək tikişi ilə tikilməlidir. Palto qurşağa qədər astarlı olmalıdır. Astar istiləşdirici araqatı ilə sırınmalıdır. Ətəklərin astarında döş nahiyyəsində qoltuq cibləri tikilməlidir. Ciblərin girişi köbə ilə baxiyələnməlidir, bir plastik düymə və bir asma ilgəklə düymələnməlidir. Cib girişinin ölçüsü 13-14 sm olmalıdır. Qış paltosuna hərbi orkestr hərbi qulluqçuları üçün nəzərdə tutulmuş fərqləndirmə nişanları (akselbant, mərasim paqonları, «nümunəvi orkestr» qol tikməsi, dövlət mənsubiyyətinə görə qol nişanı (Az.Resp. bayragı) 40x80 mm, 5x2,5 sm ölçüdə qızılı sapdan toxunma palıd yarpağından yaxa nişanı və Azərbaycan Ordusuna mənsubiyyətinə görə qol nişanı) tikilir. Azərbaycan Ordusuna mənsubiyyətinə görə qol nişanı, «nümunəvi orkestr» qol tikməsi və mərasim paqonlarının rəngi şalvarın rənginə uyğun olmalıdır. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN QIŞ PALTOSUNUN MARKALANMASI Qış paltosunun markalanmasında əmtəə yarlığı, nəzarət lenti və məmulata qulluq üzrə rəmzlər olan lent tətbiq olunur. Əmtəə yarlığı, sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və paltonun birinci düymə səviyyəsində ətəyinə birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi; - üzlük materialın artikulu; - məmulatın seriya sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Əmtəə yarlığında məmulatın ölçüsünün və boyunun şərti işarəsi (50-3) göstərilməlidir. Məmulatın seriya sayını göstərən ədəddəki rəqəmlərin sayı məmulatın istehsalı üçün bağlanmış müqavilənin ümumi miqdarını göstərən ədəddəki rəqəmlərin sayı ilə eyni olmalıdır. Əmtəə yarlığından başqa məmulata nəzarət lenti və məmulata qulluq üzrə rəmzlər olan lent birləşdirilməlidir. Nəzarət lentinin sahəsi 30 sm2-dən çox olmamalı, paltonun sol qoltuq cibinin üzərinə tikilməli və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı; - məmulatın adı; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi (50-3); - məmulatın istehsal ili. Məmulata qulluq üzrə rəmzlər olan lentin sahəsi 20 sm2- dən çox olmamalı və paltonun astarlığının sol yan tikişinə aşağı kənarından 5-12 sm məsafədə birləşdirilməlidir və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - məmulatın adı; - üzlük materialın tərkibi; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır; - məmulata qulluq üzrə rəmzlər. Hər iki lentin hazırlanmasında 100% sintetik tərkibli parçadan istifadə olunmalıdır. Qış paltosu yuxarıda göstərilən qaydada markalandıqdan sonra qablaşdırıldığı qablara qablaşdırma yarlığı vurulmalıdır. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının rekvizitlərinin birbaşa qabın üzərinə vurulmasına icazə verilir. Qablaşdırma yarlığının sahəsi 150 sm2- dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi; - məmulatın ölçülər üzrə və ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Markalamanın bütün rekvizitləri möhürləmə yolu ilə vurulmalıdır: - məmulatın ölçüsünün və boyunun şərti işarəsindən başqa qalan rekvizitlər - şrift 5; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi - şrift 10. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN QIŞ PALTOSUNUN QABLAŞDIRILMASI Qış paltosunun qablaşdırılmasında karton qutudan istifadə olunur. Paltonun hər biri fərdi asılqandan asılmalı və üzərinə polietilen materialdan şəffaf örtük geyindirilməlidir. Palto asılmış 10 fərdi asılqan hər iki uclarından qutunun yan tərəflərində birləşdirilmiş borudan asılmalıdır. Elə boru seçilməlidir ki, fərdi asılqanın qarmağının boruda yaxşı oturması təmin edilsin və boru palto asılmış 10 fərdi asılqanın ağırlığına dözsün. Qutunun bağlanmasında yapışqanlı lentdən istifadə olunmalıdır. Qutunun bağlanması onu yükləmə, daşıma, həmçinin boşaltma zamanı ehtimal olunan bütün fiziki təsirlərdən qorumalıdır. Qış paltosunun qabdaşdırılması üçün karton qutunun ölçüləri 50x55x130 sm olmalıdır. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN QIŞ PALTOSUNUN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR: 1. Üzlük parça - rəngi – tünd göy; - tərkibi - 70% yun, 30% polyestr- ±5; - səthi sıxlığı, qr/m2 - 500±10; - toxunuşu – 3/1 - 10 sm-də sapların sayı, ən azı, ədəd: əriş – 200 arğac – 220. - qopma müqaviməti, ən azı, N: əriş – 300 arğac – 400. 2. Cib üçün astarlıq parça: - rəngi - paltonun rənginə uyğun və ya ağ; - tərkibi - 100% pambıq; - səthi sıxlığı, ən azı - 110 qr/m2. 3. Düymələr: 3.1. Metal düymələr: - rəngi - qızılı; - diametri - 15 və 25 mm; - düymələrin üzərindəki təsvirlər Quru Qoşunları hərbi qulluqçuları üçün təyin olunmuş təsvirlərə uyğun olmalıdır. -metal düymələr hazırlanarkən onların davamlığı, ilgəkdən rahat keçməsi və rənginin davamlığı təmin edilməlidir; - düymələrin üzərindəki təsvirin elementləri dəqiq və aydın görünməlidir. 3.2. Fenolformaldehid düymələr: - rəngi - paltonun rənginə uyğun; - diametri - 15 və 17 mm; Fenolformaldehid düymələr hazırlanarkən onların davamlığı, ilgəkdən rahat keçməsi və rənginin davamlığı təmin edilməlidir. 4. Tikiş sapları: - rəngi - paltonun rənginə uyğun; - xətti sıxlığı - 40/2, 40/3. Təsviri Şəkil 2-ə uyğun. |
90 |
ədəd |
3 |
Kitel və şalvar |
HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD KOSTYUMUNUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Kostyum kitel və şalvardan ibarətdir. Kitel yarıyapışıq (polupreliqayuşi) siluetlidir. Kitel laskanlıdır qatlama mərkəzdən laskanın qatlama xətti boyunca 4 böyük metal düymə və 4 ilgəklə düymələnir. Ətəklər kəsik yan hissəli və qarsaqlıdır. Ətəklərin yuxarı hissəsində fiqurlu qapaqlı üstdənqoyma ciblər tikilir. Ciblərin orta hissəsinə 2 tərəfli qat salınır. Qatın eni 3 sm-dir, hər iki tərəfdən 0,5 sm enində bəzək tikişi ilə bəndlənir. Ciblər ətəyin üstünə 0,2 sm enində bəzək tikişi ilə tikilir. Cibin girişinin ölçüsü 13 - 14 sm, orta hündürlüyü 14 sm-dir. Cib qapaqları 1 kiçik metal düymə və 1 ilgəklə düymələnir. Qapağın ortada eni 7 sm, kənarlarda 6,5 sm olmalıdır. Cib qapaqlarının kənarları 0,5 sm enində bəzək tikişi ilə tikilir. Cibin qapağı ətəyin üstünə 1 sm-lik bəzək tikişi ilə bəndlənir. Ətəklərin aşağı hissəsində cib qapaqları tikilir. Qapağın eni 8 sm, uzunluğu isə 19–20 sm olmalıdır. Qapaqların kənarları 0,5 sm enində bəzək tikişi ilə tikilir. Cibin qapağı ətəyin üstünə 1 sm-lik bəzək tikişi ilə bəndlənir. Cib qapaqları 1 kiçik metal düymə və 1 ilgəklə düymələnir. Kürək orta tikişlidir, tikişin sonu şlitsa ilə tamamlanır. Yaxalıq qatlanan olmalıdır. Üst yaxalıq kəsik dayaqlıdır. Dayağın eni ortada 3 sm olmalıdır. Yaxalıqda laskan 90 dərəcəli bucaq əmələ gətirməlidir. Bucağın yaxalıq tərəfi 4 sm, laskan tərəfi isə 4,5 sm olmalıdır. Yaxalığın eni ortada qatlanmış vəziyyətdə 4 sm olmalıdır. Üst yaxalığın dayağına astarlıq parçadan asılqan tikilir. Qollar iki tikişlidir. Qolların aşağı hissəsindən 8 sm məsafədə eni 2 sm olan qızılı sapdan toxunma bəzək lenti tikilir. Kitelin qollarını qol dibinə birləşdirən tikişinə, çiyin nahiyəsində 1 kiçik metal düymə və 1 ilgəklə bağlanan kəmərcik tikilir. Kəmərciyin uzunluğu 15-18 sm, eni çiyin nahiyyəsində 5 sm uc hissəsində isə 4 sm olmalıdır. Yaxalığın, kəmərciklərin, ətəyin və bortlarının kənarları 0,5 sm enində bəzək tikişiilə tikilir. Kitel astarlıdır. Astarda iki kəsmə qoltuq cibi var. Cib 1 asma ilgək və 1 plastik düymə ilə düymələnir. Ciblərin qirişinə köbə tikilir. Kitelə hərbi orkestr hərbi qulluqçuları üçün nəzərdə tutulmuş fərqləndirmə nişanları (akselbant, mərasim paqonları, «nümunəvi orkestr» qol tikməsi, dövlət mənsubiyyətinə görə qol nişanı (Az.Resp. bayragı) 40x80 mm, 5x2,5 sm ölçüdə qızılı sapdan toxunma palıd yarpağından yaxa nişanı və Azərbaycan Ordusuna mənsubiyyətinə görə qol nişanı) tikilir. Azərbaycan Ordusuna mənsubiyyətinə görə qol nişanı, «nümunəvi orkestr» qol tikməsi, və mərasim paqonlarının rəngi şalvarın rənginə uyğun olmalıdır. Şalvar astarlıdır. Şalvarın ayrıbiçimli qurşağı aşırmalıdır, qarmaqla və bir duymə ilə düymələnməlidir. Qurşağa kəmər üçün eni 1 sm hündürlüyü 4 sm olan 7 ədəd körpücük tikilir. Qurşağın sağ ucu miyança (qulfik) ilə eyni səviyyədə olmalıdır. Şalvarın yan tikişinin yuxarı hissəsində cibləri var. Ciblərin girişinin ölçüsü 16-17 sm olmalıdır. Şalvarın miyançası (qulfik) zəncirbəndlə bağlanır. Şalvarın arxa hissələrində qarsaq, ön hissəsində isə diz xətti boyu qat salınmalıdır. Şalvarın yan tikiş boyu,tikişindən ön tərəfə, 2 sm enində qızılı sapdan toxunma bəzək lenti tikilməlidir. Şalvarın aşağı kəsiyi içəri qatlanaraq 2,5–3 sm enində bəzək tikişi ilə tikilməlidir. Kostyum 3 (bej, qırmızı və yaşıl) rəngdə tikilməlidir : - bej kostyum: bej kitel bej şalvarı ilə; - qırmızı kostyum: qırmızı kitel tünd göy şalvar ilə; - yaşıl kostyum: yaşıl kitel tünd göy şalvar ilə. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD KOSTYUMUNUN MARKALANMASI Kostyumun markalanmasında əmtəə yarlığı, nəzarət lenti və məmulata qulluq üzrə rəmzlər olan lent tətbiq olunur. Əmtəə yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və kitelin ətəyinin kənarına birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi (50-3); - üzlük materialın artikulu; - məmulatın seriya sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Məmulatın seriya sayını göstərən ədəddəki rəqəmlərin sayı məmulatın istehsalı üçün bağlanmış müqavilənin ümumi miqdarını göstərən ədəddəki rəqəmlərin sayı ilə eyni olmalıdır. Əmtəə yarlığından başqa məmulata nəzarət lenti və məmulata qulluq üzrə rəmzlər olan lent birləşdirilməlidir. Nəzarət lentinin sahəsi 30 sm2-dən çox olmamalı, kitelin sol qoltuq cibinin üzərinə tikilməli və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi (50-3); - məmulatın istehsal ili. Şalvarın içəri tərəfindən ön sol yarım hissəsində qurşağın birləşmə tikişinə ölçüsünün və boyunun şərti işarəsi (50-3) tikilməlidir. Məmulata qulluq üzrə rəmzlər olan lentin sahəsi 20 sm2-dən çox olmamalı və kitelin astarlığının sol yan tikişinə məmulatın aşağı kənarından 20-25 sm məsafədə birləşdirilməlidir və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - məmulatın adı; - üzlük materialın tərkibi; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır; - məmulata qulluq üzrə rəmzlər. Hər iki lentin hazırlanmasında 100% sintetik tərkibli parçadan istifadə olunmalıdır. Kostyum yuxarıda göstərilən qaydada markalandıqdan sonra qablaşdırıldığı qutulara qablaşdırma yarlığı vurulmalıdır. Qablaşdırma yarlığı, sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının rekvizitlərinin birbaşa qutunun üzərinə vurulmasına icazə verilir. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi; - qabdakı məmulatın ölçülərlə və ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Markalamanın bütün rekvizitləri möhürləmə yolu ilə vurulmalıdır: - məmulatın ölçüsünün və boyunun şərti işarəsindən başqa qalan rekvizitlər – şrift 5; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi - şrift 10. Markalamanın rekvizitləri dağılmayan, rənginə görə məmulatın rəngindən seçilən və yuyulmaya, həmçinin kimyəvi təmizlənməyə qarşı davamlı boya ilə vurulmalıdır. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD KOSTYUMUNUN QABLAŞDIRILMASI Kostyumun qablaşdırılmasında karton qutulardan istifadə olunur. Kostyumun hər bir dəsti fərdi asılqandan asılmalı və üzərinə polietilen materialdan şəffaf örtük geyindirilməlidir. Şalvar fərdi asılqanda sürüşməsin deyə tutqacla iki yerdən asılqana bərkidilməlidir. Kostyum asılmış 15 fərdi asılqan hər iki uclarından qutunun yan tərəflərində birləşdirilmiş borudan asılmalıdır. Elə boru seçilməlidir ki, fərdi asılqanın qarmağının boruda yaxşı oturması təmin olunsun və boru kostyum asılmış 15 fərdi asılqanın ağırlığına dözsün. Qutunun bağlanmasında yapışqanlı lentdən istifadə olunmalıdır. Qutunun bağlanması onu yükləmə, daşıma, həmçinin boşaltma zamanı ehtimal olunan bütün fiziki təsirlərdən qorumalıdır. Kostyumun qablaşdırılması üçün karton qutunun ölçüləri 50x55x95 sm olmalıdır. HƏRBİ ORKESTR HƏRBİ QULLUQÇULARI ÜÇÜN XÜSUSİ PARAD KOSTYUMUNUN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR 1. Əsas parça: - rəngi – qırmızı, yaşıl, bej və ya tünd göy; - toxunuş – 2/2; - tərkibi – 50 % yun, 50 % poliestr; - səthi sıxlığı – 250 ± 10 qr/m2; - sapların sayı, ən azı: əriş – 27 ədəd/sm, arğac – 22 ədəd/sm. - qopma müqaviməti, ən azı: əriş – 1200 N, arğac – 1000 N. - rəngin davamlığı-4-5 ball 2. Astarlıq parça: - rəngi – üzlük parçanın rənginə uyğun; - səthi sıxlığı – 60 ± 10 qr/m2; 3.Cib üçün astarlıq parça: -rəngi-ağ; -tərkibi-100% pambıq; -səthi sıxlığı-ən azı 110 qr/m²; 4.Yapışqanlı araqatı: - səthi sıxlığı – 120 ± 10 qr/m2; 5. Düymələr 5.1. Metal düymələr: - rəngi – qızılı; - diametri – 15 və 25 mm ; - düymələrin üzərindəki təsvirlər Quru Qoşunları hərbi qulluqçuları üçün təyin olunmuş təsvirlərə uyğun olmalıdır. -metal düymələr hazırlanarkən onların davamlığı, ilgəkdən rahat keçməsi və rənginin davamlığı təmin edilməlidir; - düymələrin üzərindəki təsvirin elementləri dəqiq və aydın görünməlidir. 5.2. Fenol-formaldehid düymələr; - rəngi – şalvarın rənginə uyğun olmalıdır; - diametri – 15 sm; - dəliklərin sayı – 4 ədəd; Düymələr hazırlanarkən onların davamlığı, ilgəkdən rahat keçməsi və rənginin davamlığı təmin edilməlidir. 6. Tikiş sapları: - rəngi – məmulatın rənginə uyğun; - xətti sıxlığı – 40/2, 40/3. Təsviri Şəkil 3-ə uyğun. |
90 |
dəst |
4 |
Qış tuflisi |
QIŞ TUFLİSİNİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Ayaqqabı xarici görünüşü, konstruksiyası və təyinatı üzrə hərbi qulluqçular tərəfindən istifadəyə yararlı olmalıdır. Ayaqqabı orta və geniş tutumda istehsal edilməlidir. Dartı kənarının eni ən azı 2 sm olmalıdır. Ayaqqabıda istifadə edilən materiallar antibakterial xassəyə malik olmalıdır. Ayaqqabının burun hissəsindəki önlük iki bəzək tikişi ilə tikilməlidir. Ayaqqabının üzlüyü yan tərəfdən zəncirbəndlə bağlanmalıdır. Zəncirbəndin rəngi qara olmalıdır. Ayaqqabının üst detallarının hazırlanmasında istifadə olunan material üz səthi hamar və parlaq lak ilə örtülmüş qara rəngli təbii dəridən olmalıdır. Ayaqqabıda üzünə naxış vurulmuş dəri istifadə olunmamalıdır. Ayaqqabıda üzlük material üçün yarma dəridən istifadə olunmamalıdır. Ayaqqabıda istifadə edilən üzlük dəri aşağıdakı tələblərə cavab verməlidir: - qopma müqaviməti: ən azı 2,6 kqQ/mm2 - qopma anında uzanma: ən çoxu 75% - yırtılma müqaviməti: ən azı 14 kqQ/mm - nəmliyi: ən çoxu 18% - yağlığı (18 % nəmli dəridə): 5-15% - Cr2O3 miqdarı (18% nəmli və yağsız dəridə): 2,5- 7% - dinamik şəraitdə su keçirmə: Dərinin üz tərəfindən astar (ət) tərəfinə 6 saatdan tez su keçməli deyil. Bu zaman ərzində ümumi su əmmə ən çoxu 30% olmalıdır. Ayaqqabıda burunaltı üçün qalınlığı ən azı 1,0 mm olan elastik və termoplastik material istifadə edilməlidir. Astarlıq üçün – soyuq havaya qarşı izolyasiyanı təmin edən, yumşaq və ayaq tərini hopdurmaq kimi xüsusiyyətlərə malik olan materialdan və ya xəzdən istifadə edilməlidir. Ayaqqabıda dabandalı altına sərtlik vermək üçün dəri tozundan hazırlanmış, qalınlığı ən azı 1,7 mm olan ayaqqabı kartonu istifadə edilməlidir. Ayaqqabıda poliuretan altlıqdan istifadə edilməlidir. Dabanaltı ilə bütöv olmalıdır. Altlığın ümumi qalınlığı 9-11 mm, dabanın ümumi hündürlüyü 30-35 mm olmalıdır. Altlıq üzlüyə yapışqanla yapışdırılır. Ayaqqabıda əsas içlik üçün sintetik və ya dəritozundan hazırlanmış qalınlığı ən azı 2,2 mm olan çartlamaya, yırtılmaya davamlı materiallardan istifadə edilməlidir. Tuflidə üzlük və altlıq hissələrin bərkidilmə möhkəmliyi aşağıdakı tələblərə cavab verməlidir: Üzlük hissələr: -2 tikişli, ən azı 115 N/sm Altlıq hissələr: -ən azı 42 N/sm . Ayaqqabıda üzlük hissələrin tikişi üçün qopma müqaviməti ən azı 3 kqQ, hörgü sayı ən azı 2 qat olan sintetik sapdan istifadə edilməlidir. QIŞ TUFLİSİNİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Ayaqqabının hər bir tayı aşağıda göstərilən rekvizitləri özündə əks etdirməlidir. - istehsalçı müəssisənin adı; - tuflinin ölçüsü; - istehsal ili; -“Müdafiyə Nazirliyi” üçün hazırlanmasını göstərən «MN» şərti işarə. Ayaqqabılar yuxarıda göstərilən qaydada markalanaraq karton qutulara hər bir cütü fərdi olaraq qablaşdırılmalıdır. Fərdi qablaşdırılmış ayaqqabıların rahat daşınmasını təmin etmək üçün 10 cüt olmaqla karton qutulara yığılmalıdır. Qutunın və fərdi qutuların yan tərəflərinin birində yuxarıdan qablaşdırma yarlığı ya¬pış¬dırıl¬ma¬lı-dır.Qablaşdırma yarlığının sahəsi 100 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks et¬dir¬mə-li¬dir. - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülər üzrə ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Təsviri Şəkil 4-ə uyğun. |
90 |
cüt |
5 |
Yay tuflisi |
YAY TUFLİSİNİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Ayaqqabı xarici görünüşü, konstruksiyası və təyinatı üzrə hərbi qulluqçular tərəfindən istifadəyə yararlı olmalıdır. Ayaqqabı orta və geniş tutumda istehsal edilməlidir. Dartı kənarının eni ən azı 2 sm olmalıdır. Ayaqqabıda istifadə edilən materiallar antibakterial xassəyə malik olmalıdır. Ayaqqabının burun hissəsində önlük iki bəzək tikişi ilə tikilməlidir. Ayaqqabının girişi yanlardan kəsik və rezin tesma ilə tənzimlənməlidir. Rezin tesma ayaqqabı girişinin yanlarda kəsiklərin alt hissəsinə qoyularaq bəzəkli tikişlə tikilməlidir. Ayaqqabının üst detallarının hazırlanmasında istifadə olunan material üz səthi hamar və parlaq lak ilə örtülmüş qara rəngli təbii dəridən olmalıdır. Ayaqqabıda üzünə naxış vurulmuş dəri istifadə olunmamalıdır. Ayaqqabıda üzlük material üçün yarma dəridən istifadə olunmamalıdır. Ayaqqabıda istifadə edilən üzlük dəri aşağıdakı tələblərə cavab verməlidir: - qopma müqaviməti: ən azı 2,6 kqQ/mm2 - qopma anında uzanma: ən çoxu 75% - yırtılma müqaviməti: ən azı 14 kqQ/mm - nəmliyi: ən çoxu 18% - yağlığı (18 % nəmli dəridə): 5-15% - Cr2O3 miqdarı (18% nəmli və yağsız dəridə): 2,5- 7% - dinamik şəraitdə su keçirmə: Dərinin üz tərəfindən astar (ət) tərəfinə 6 saatdan tez su keçməli deyil. Bu zaman ərzində ümumi su əmmə ən çoxu 30% olmalıdır. Ayaqqabıda astarlıq material üçün qalınlığı ən azı 0,8 mm astarlıq dəri və pambıq ayaqqabı parçası istifadə edilməlidir. Ayaqqabıda astarlıq material üçün süni dəridən istifadə olunmamalıdır. Ayaqqabıda qoyma içlik üçün qalınlığı ən azı 0,6 mm olan astarlıq dəridən istifadə edilməlidir. Ayaqqabıda qoyma içlik üçün süni dəridən istifadə edilməsi qadağandır. Ayaqqabıda burunaltı və dabandalı hissələrə sərtlik vermək üçün qalınlığı ən azı 1,0 mm olan elastik və termoplastik material istifadə edilməlidir. Ayaqqabıda poliuretan altlıqdan istifadə edilməlidir. Dabanaltı ilə bütöv olmalıdır. Altlığın ümumi qalınlığı 6-8 mm, dabanın ümumi hündürlüyü 30-35 mm olmalıdır. Altlıq üzlüyə yapışqanla yapışdırılır. Ayaqqabıda əsas içlik üçün sintetik və ya dəritozundan hazırlanmış qalınlığı ən azı 2,2 mm olan çartlamaya, yırtılmaya davamlı materiallardan istifadə edilməlidir. Ayaqqabıda üzlük və altlıq hissələrin bərkidilmə möhkəmliyi aşağıdakı tələblərə cavab verməlidir: Üzlük hissələr: -2 tikişli, ən azı 115 N/sm Altlıq hissələr: -ən azı 42 N/sm . Ayaqqabıda üzlük hissələrin tikişi üçün qopma müqaviməti ən azı 3 kqQ, hörgü sayı ən azı 2 qat olan sintetik sapdan istifadə edilməlidir. YAY TUFLİSİNİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Ayaqqabının hər bir tayı aşağıda göstərilən rekvizitləri özündə əks etdirməlidir. - istehsalçı müəssisənin adı; - tuflinin ölçüsü; - istehsal ili; -“Müdafiyə Nazirliyi” üçün hazırlanmasını göstərən «MN» şərti işarə. Ayaqqabılar yuxarıda göstərilən qaydada markalanaraq karton qutulara hər bir cütü fərdi olaraq qablaşdırılmalıdır. Fərdi qablaşdırılmış ayaqqabıların rahat daşınmasını təmin etmək üçün 10 cüt olmaqla karton qutulara yığılmalıdır. Qutunun yan tərəflərinin birində yuxarıdan qablaşdırma yarlığı yapışdırılır. Qablaşdırma yarlığının sahəsi 100 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir. - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülər üzrə və ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Təsviri Şəkil 5-ə uyğun. |
90 |
cüt |
6 |
Akselbant |
QIZILI RƏNGLİ AKSELBANTIN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR. Akselbant – qızılı rəngli saplarla toxunmuş iplərdən hörülmüş iki müxtəlif uzunluqlu qaytandan, qələm formalı metal uçluqla tamamlanan iki ipdən, uçluqsuz iki çüt ipdən və sağ paqonun altına bərkidilməsi ücün baftadan ibarətdir. Qaytanın və qoşa iplərin bir uçları baftanın altında bir-birinə birləşdirilir digər uçları isə aşağıda metal uçluqla tamamlanan iki iplə birlikdə üst-üstə qoyularaq eyni rəngli sapla tikilir. Baftanın rəngi akselbantın rənginə uyğun olmalıdır. Formalı metal cubuqları toxunmuş iplərə birləşdirdikdən sonra üzərinə formalı metal başlıq kecirilməlidir. QIZILI RƏNGLİ AKSELBANTIN MARKALANMASINA VƏ QABLAŞDIRILMASINA OLAN ƏSAS TƏLƏBLƏR. Akselbantın hər biri fərdi olaraq şəffav polietilen paketlərə qoyulur və karton karobkalara 100 ədəd olmaqla qablaşdırılır. Karton karobkanın ağzı yapışqanlı lentlə bağlanır çarpaz şəkilində iplə bağlanır. Karobkanın yanlarından birinə qablaşdırma yarlığı yapışdırılır. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m² olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm²-dən cox olmamalı və aşağıdakı rekvezitləri özündə əks etdirməlidir. - İstehsalcı müəssisənin əmtəə nişanı; - İstehsalcı müəssisənin adı və ya kodu; - Məmulatın adı; - Məmulatın miqdarı; - Məmulatın qiyməti; - Məmulatın istehsal ili; - Məmulat Müdafiə Nazirliyinə məxsusdur satışı qadağandır. Təsviri Şəkil 6-a uyğun. |
90 |
ədəd |
7 |
Şərf ağ rəngli |
AĞ RƏNGLİ ŞƏRFİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Şərf düzbucaqlı formada toxunmuş trikotaj parçadan hazırlanmalıdır. Şərfin ölçüləri: - uzunluğu – 120 ± 3,0 sm - eni – 25 ± 1,0 sm Trikotaj parça məmulatın eninə uyğun bütöv toxunmalıdır, sonra məmulatın uzunluğuna uyğun biçilməlidır. Məmulatın kəsilmiş kənarları hörmələnməlidir. AĞ RƏNGLİ TRİKOTAJ ŞƏRFİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Məmulatın markalanmasında əmtəə və qablaşdırma yarlığı tətbiq edilir. Əmtəə yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və yarıyun şərfin kənarına birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2–dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüləri; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Şərf yuxarıda göstərilən qaydada markalandıqdan sonra qatlanıb 10 ədəd olmaqla üst-üstə yığılıb 2 yerdən bağlanır. Sonra 200 (20x10) ədəd olmaqla tənzif kisələrə qablaşdırılır. Kisələr tikilir, surğuclanır və möhürlənməlidir. Kisələrin üzərinə aşağıdakı rekvizitlər möhürləmə üsulu ilə həkk olunur: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülərlə sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. AĞ RƏNGLİ TRİKOTAJ ŞƏRFİN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR 1. Trikotaj: rəngi – ağ - toxunuş - lastik 1/1 - ipliyin xətti sıxlığı – 31x2 - ipliyin tərkibi – 50 ± 5% yun, 50 ± 5% sintetika - səthi sıxlığı – 470 – 28 qr/m2; - 10 sm-də ilmələrin sayı: - şaquli – 70 – 4, - üfuqi – 50 – 3; - cırılma həddi, ən azı –80 N; - cırılma anında uzanması – 41-100 %; - rəngin davamlığı, ball: - quru sürtünməyə qarşı – 4-5, - yuyulmağa qarşı - 4-5; 2. Tikiş sapı: - rəngi –ağ, - xətti sıxlığı – 40/2, 40/3. Təsviri Şəkil 7-ə uyğun. |
90 |
ədəd |
8 |
Uzunqol köynək ağ rəngli |
AĞ RƏNGLİ UZUNQOL KÖYNƏYİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Köynəyin ətəklərinin döş nahiyəsində 1 düymə və 1 ilgəklə bağlanan, fiqurlu qapaqlı, manjetli, üstdənqoyma ciblər tikilir. Ciblər əlavə olaraq giriş kənarlarında üçbucaq şəkilli tikişlə ətəyə bəndlənir. Ciblərin qapaqları kiçik forma düymələrinə oxşar düymələrlə düymələnir. Köynək ön hissədə 8 ədəd düymə və 8 ədəd ilgəklə bağlanır. Kürək koketkalıdır. Koketka 2 (alt və üst) qat biçilir. Kürək hissəsinin yuxarı kəsiyində 2 qarsaq tikilməlidir. Koketka 0,1 sm bəzək tikişi ilə tikilir. Yaxalıq qatlanandır, oturacağı kəsik dayaqlıdır, boyundibinə 2 bəzək tikişi ilə tikilir. Birinci tikiş kənardan 0,1 sm, ikinci tikiş isə 0,5 sm məsafədə tikilir. Yaxalığın kənarı 0,2 sm bəzək tikişi ilə tikilir. Köynək kəmərciklə tikilməlidir. Çiyinə qoyulan kəmərciyin bir ucu qolları qoldibinə birləşdirmə tikiş ilə çiyin səviyyəsində tikilir. Kəmərciyin digər ucu yaxalıq altında 1 ədəd düymə (düymənin qoldibi tikişindən çiyin səviyyəsində məsafəsi ən azı 13 sm olmalıdır) və 1 ədəd ilgəklə bağlanır. Kəmərciyin uzunluğu 15-18 sm, eni çiyin nahiyyəsində 4,5 sm, ucunda 3,5 sm olmalıdır, kənarları 0,2 sm bəzək tikişi ilə tikilir. Qol qoldibinə tikiləndir və iki hissədən ibarətdir. Qol manjetlidir. Manjet ilgək və düymə ilə düymələnəndir. Manjet qola tikilərkən qolun aşagi kəsiyinə iki ədəd qat salınır. Köynəyin aşağı kənarı manjetlidir, manjet öndə 2 düymə (ön hissədəki 8 düymədən ikisi) və 2 ilgəklə bağlanır. Manjet iki (alt və üst) qatlıdır. Alt qat üst qatla bütövbiçimlidir. Manjetin eni 6 sm olmalıdır. Manjet yan tərəflərdən eni 5 sm olan rezinlə yığılmalıdır. 1 sm-də tikişin addımı 4-5 ədəd olmalıdır. UZUNQOL KÖYNƏYİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Uzunqol köynəyin markalanmasında əmtəə yarlığı, nəzarət lenti, məmulata qulluq üzrə rəmzlər olan lent və qablaşdırma yarlığı tətbiq olunur. Əmtəə yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və yuxarıdan üçüncü düyməyə və ya ilgəyə birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2-dən çox olmamalı və aşağıdakı rekvezitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüsünün və boyunun şərti işarəsi; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Nəzarət lentinin sahəsi 4 sm2-dən çox olmamalı mərkəzdən boyundibinə tikilməlidir. Nəzarət lentinə köynəyin yaxalığının və boy ölçüsünün şərti işarəsi (42-4) vurulur. Məmulata qulluq üzrə rəmzlər olan lentin sahəsi 20 sm2-dən çox olmamalı və köynəyin astar üzünün yan tikişinə, məmulatın aşağı kənarından 15-20 sm məsafədə birləşdirilməlidir. - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır, - qulluq üzrə rəmzlər. Məmulat yuxarıda göstərilən qaydada markalandıqdan sonra qatlanır və hər biri fərdi polietilen paketlərə yığılır. Fərdi qablaşdırılmış uzunqol köynək 25 ədəd olmaqla karton qutulara qablaşdırılır. Qutuların üzərinə qablaşdırma yarlığı yapışdırılır. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının rekvizitlərinin birbaşa qabın üzərinə vurulmasına icazə verilir. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülər üzrə və ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. UZUNQOL KÖYNƏYİN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR: 1. Əsas materialın rəngi –ağ. - səthi sıxlığı – 180±10 qr/m2 - tərkibi – 65% polyestr, 35% viskoz. - qopma müqaviməti, ən azı, N: əriş – 600, arğac – 500. - sapların sayı, ən azı, əd/sm: əriş – 21, arğac – 18 - rəngin davamlığı, ball: yuyulmağa qarşı – 4-5, quru sürtünməyə qarşı – 4-5, yaş sürtünməyə qarşı – 4, ütülənməyə qarşı – 4-5, - yuyulmadan sonra boy dəyişməsi, ən çoxu, %: əriş – 2, arğac – 1. 2. Yapışqanlı araqatı: - səthi sıxlığı– 140 ±10 qr/m2. - tərkibi – 100% pambıq 3. Tikiş sapının xətti sıxlığı – 40/2, 40/3 , - rəngi – əsas materialın rənginə uyğun olmalıdır. 4. Düymə: 4.1. Adi düymələrin diametri – 10-11 mm, - dəliklərin sayı – 2, - rəngi – əsas materialın rənginə uyğun, - təkibi – fenolformaldehid; 4.2. Cib qapaqları üçün düymələrin diametri – 15-16 mm, - rəngi – əsas materialın rənginə uyğun, - təkibi – fenolformaldehid; - forması – forma düyməsinə oxşar. 5. Rezinin eni – 5 sm. Təsviri Şəkil 8-ə uyğun. |
180 |
ədəd |
9 |
Qalstuk |
QARA RƏNGLİ QALSTUKUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Qalstuk aşağıdakı hissələrdən ibarətdir: - əsas hissə; - daimi düyün; - boyunluq. Əsas hissə bucaqla bitir, kənarları maillidir. Əsas hissə parçanın əriş sapları istiqamətinə 45o bucaq altında kəsilməlidir. Daimi düyün boyunluğun əsas parçası və astarlıq parça boyu kəsilir. Boyunluq əsas parçadan, rezin tesmadan və metal furnituradan ibarətdir. QARA RƏNGLİ QALSTUKUN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR: 1. Kostyum üçün qara rəngli parça; 2. Birtərəfli hopdurulmuş astarlıq parça; 3. Tikiş sapı: xətti sıxlıgı - 40/3, 40/2; 4. Metal furnitura (qarmaq, ilgək); 5. Rezin tesma: qara rəngli-eni 10±1 mm. HAZIR QALSTUKUN HİSSƏLƏRİNİN ÖLÇÜ CƏDVƏLİ 1. Qalstukun uzunluğu - 45 sm 2 . Boyunluğun düyünlə birlikdə parça hissəsinin uzunluğu - 19 sm 3. Rezin tesmanın uzunluğu: sağ ucu (ikiqat yığılır) - 9 sm 4. Rezin tesmanın uzunluğu: sol uçu -12 sm 5. Qalstuk sonunun eni – 8 sm 6. Düyünün yuxarı hissədə eni – 6 sm 7. Boyunluğun parça hissəsinin eni -1,5 sm 8. Düyünün hündürlüyü - 4,0 sm QARA RƏNGLİ QALSTUKUN MARKALANMASINA VƏ QABLAŞDIRILMASINA OLAN ƏSAS TƏLƏBLƏR Məmulatın markalanmasında qablaşdırma yarlığı tətbiq olunur. Hazır məmulat qatlanmadan, 20 ədəd olmaqla şəffav polietilen paketlərə yığılır və bağlanmalıdır. Sonra 400 ədəd (20x20) olmaqla kartondan qutulara qablaşdırılmalıdır. Karton qutuların üzərinə qablaşdırma yarlığı yapışdırılır. Qablaşdırma yarlığının rekvizitlərinin birbaşa qabın üzərinə vurullmasına icazə verilir. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m² olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm²-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir. - İstehsalçı müəssisənin əmtəə nişanı; - İstehsalçı müəssisənin adı və ya kodu; - Məmulatın adı; - Məmulatın miqdarı; - Məmulatın istehsal ili. - Məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Təsviri Şəkil 9-a uyğun. |
180 |
ədəd |
10 |
Mərasim paqonu epoletlə |
MƏRASİM PAQONUNUN (HƏRBİ ARKESTR ÜÇÜN) HAZIRLANMASINA OLAN TƏLƏBLƏR Paqon göy rəngli kostyumluq parçadan hazırlanmalıdır, taxılıb çıxarılandır. Paqonun kənarları saçaqlıdır. Paqonun üzəri qızılı rəngli günəşə davamlı sapla naxışlı toxunmalıdır. Paqonun istehsalında gücləndirici araqatından istifadə olunmalıdır. Paqonun ölçüləri: - uzunluğu - 175 mm; - aşağı hissəsində eni - 95 mm; - yuxarı hissəsində eni – 55 mm. PAQONUN MARKALANMASI VƏ QABLAŞDIRMASI Paqon 200 cüt olmaqla karton qutulara yığılmalıdır. Qutuların üzərinə aşağıda göstərilən rekvizitlər əks olunmalıdır: - müəssənin adı; - məmulatın adı və rəngi; - məmulatın sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Təsviri Şəkil 10-a uyğun. |
180 |
cüt |
11 |
Trikotaj əlcək ağ rəngli |
AĞ RƏNGLİ ƏLCƏYİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Əlcək ağ rəngli trikotaj parçadan, 9, 10, 11 ölçülərdə istehsal olunmalıdır. Əlcək bilək, gövdə və beş barmaqdan ibarətdir. Baş barmaqdan başqa qalan hissələr bir yerdə biçildikdən sonra simmetrik olaraq qatlanıb kiçik barmağın ucundan başlayaraq çöl tərəfi ilə əlcəyin girişinə qədər tikilməlidir. Əlcəyə həcm verilməsini təmin etmək üçün barmaqlar arasına klin şəkilli əlavələr tikilməlidir. Baş barmaq gövdəyə hörmələnərək tikilməlidir. Əlcəyin girişi 1-1,5 sm içəri qatlanaraq tikilməlidir. AĞ RƏNGLİ ƏLCƏYİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Məmulatın markalanmasında əmtəə və qablaşdırma yarlığı tətbiq edilir. Əmtəə yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və ağ rəngli trikotaj əlcəyin hər cütünün biləyinə birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüsü; - məmulatın istehsal ili ; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Ağ rəngli trikotaj əlcək yuxarıda göstərilən qaydada markalandıqdan sonra qatlanıb 20 cüt olmaqla üst-üstə yığılıb bağlanır. Sonra 500 (20x25) cüt olmaqla karton qutulara qablaşdırılır. Qutunun bağlanmasında yapışqanlı lentdən istifadə olunmalıdır. Qutunun bağlanması onu yükləmə, daşıma, həmçinin boşaltma zamanı ehtimal olunan bütün fiziki təsirlərdən qorumalıdır. Qutunun üzərinə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının sahəsi 80 sm2-dən çox olmamalı və aşağıdakı rekvezitləri özündə əks etdirməlidi: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülər üzrə və ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. AĞ RƏNGLİ ƏLCƏYİN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR 1. İki üzlü lastik toxunuşlu trikotaj: - rəngi – ağ; - ipliyin tərkibi – 100% sintetika; - ipliyin xətti sıxlığı – 18,5 tekstdən çox olmayaraq; 2. Tikiş sapı: - rəngi – əsas materialın rənginə uyğun; - ipliyin tərkibi – 100% sintetika; AĞ RƏNGLİ TRİKOTAJ ƏLCƏYİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Əlcək bilək, gövdə və beş barmaqdan ibarətdir. Əlcək astarlıdır. Astarı üz tərəfi ilə eyni qaydada toxunmalıdır. Üst və astar iç-içə taxılıb əlcəyin girişində hörüklü tikişlə birləşdirilməlidir. Hörüklü tikişin içərisinə rezin lateks qoyulur. Əlcəyin biləyi (manjeti) toxunarkən elastikliyi təmin etmək məqsədi ilə rezin lateks sapından istifadə olunmalıdır. Bir cüt əlcəyin çəkisi ən azı 85 qr olmalıdır. AĞ RƏNGLİ TRİKOTAJ ƏLCƏYİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Məmulatın markalanmasında əmtəə və qablaşdırma yarlığı tətbiq edilir. Əmtəə yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və yarıyun əlcəyin hər cütünün biləyinə birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüsü; - məmulatınistehsalili ; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Yarıyun əlcək yuxarıda göstərilən qaydada markalandıqdan sonra qatlanıb 10 cüt olmaqla üst-üstə yığılıb bağlanır. Sonra 200 (20x10) cüt olmaqla tənzif kisələrə qablaşdırılır. Kisələr tikilir, surğuclanır və möhürlənir. Kisələrin üzərinə aşağıdakı rekvizitlər möhürləmə üsulu ilə həkk olunur: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülərlə sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. AĞ RƏNGLİ TRİKOTAJ ƏLCƏYİN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR 1. Trikotaj: - rəngi –ağ; - toxunuşu – saya (kulir); - ipliyin tərkibi – 50±5% yun, 50±5% sintetika; - ipliyin xətti sıxlığı – 31x2 tekst; - 10 sm-də ilmələrin sayı, ədəd: şaquli – 50±2, üfüqi – 30±2. - rəngin davamlığı, ən azı, ball: yuyulmağa qarşı – 4-5, quru sürtünməyə qarşı – 4-5, yaş sürtünməyə qarşı – 4-5. 2. Tikiş sapı: - rəngi – əsas materialın rənginə uyğun; - ipliyin xətti sıxlığı –40/2, 40/3. Təsviri Şəkil 11-ə uyğun. |
180 |
cüt |
12 |
Yarıyun əlcək ağ rəngli |
AĞ RƏNGLİ ƏLCƏYİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Əlcək ağ rəngli trikotaj parçadan, 9, 10, 11 ölçülərdə istehsal olunmalıdır. Əlcək bilək, gövdə və beş barmaqdan ibarətdir. Baş barmaqdan başqa qalan hissələr bir yerdə biçildikdən sonra simmetrik olaraq qatlanıb kiçik barmağın ucundan başlayaraq çöl tərəfi ilə əlcəyin girişinə qədər tikilməlidir. Əlcəyə həcm verilməsini təmin etmək üçün barmaqlar arasına klin şəkilli əlavələr tikilməlidir. Baş barmaq gövdəyə hörmələnərək tikilməlidir. Əlcəyin girişi 1-1,5 sm içəri qatlanaraq tikilməlidir. AĞ RƏNGLİ ƏLCƏYİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Məmulatın markalanmasında əmtəə və qablaşdırma yarlığı tətbiq edilir. Əmtəə yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalı və ağ rəngli trikotaj əlcəyin hər cütünün biləyinə birləşdirilməlidir. Əmtəə yarlığının sahəsi 60 sm2-dən çox olmamalı və aşağıdakı rekvizitləri özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçüsü; - məmulatın istehsal ili ; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Ağ rəngli trikotaj əlcək yuxarıda göstərilən qaydada markalandıqdan sonra qatlanıb 20 cüt olmaqla üst-üstə yığılıb bağlanır. Sonra 500 (20x25) cüt olmaqla karton qutulara qablaşdırılır. Qutunun bağlanmasında yapışqanlı lentdən istifadə olunmalıdır. Qutunun bağlanması onu yükləmə, daşıma, həmçinin boşaltma zamanı ehtimal olunan bütün fiziki təsirlərdən qorumalıdır. Qutunun üzərinə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığı sıxlığı 80-100 qr/m2 olan etiket kağızından hazırlanmalıdır. Qablaşdırma yarlığının sahəsi 80 sm2-dən çox olmamalı və aşağıdakı rekvezitləri özündə əks etdirməlidi: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın ölçülər üzrə və ümumi miqdarı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. AĞ RƏNGLİ ƏLCƏYİN HAZIRLANMASINDA İSTİFADƏ OLUNAN MATERİALLAR 1. İki üzlü lastik toxunuşlu trikotaj: - rəngi – ağ; - ipliyin tərkibi – 100% sintetika; - ipliyin xətti sıxlığı – 18,5 tekstdən çox olmayaraq; 2. Tikiş sapı: - rəngi – əsas materialın rənginə uyğun; - ipliyin tərkibi – 100% sintetika; Təsviri Şəkil 12-ə uyğun. |
180 |
cüt |
13 |
Latun toqqalı ağ rəngli bel kəməri |
AĞ RƏNGLİ BEL KƏMƏRLƏRİNİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Bel kəməri təyinatına görə ağ rəngdə istehsal olunmalıdır. Kəmər süni dəridən hazırlanmalıdır. Kəmər düzgün, nöqsansız, bütün səthdə eyni şəkildə olmalıdır. Kəmərin uzunluğu 1200 mm; - eni – ən azı 4,5 mm; - qalınlığı – ən azı 4 mm. Verilən ölçülər bütün kəmər boyu sabit saxlanmalıdır. Bu ölçülərdən fərqlənmə ±5% ola bilər. Toqqa metaldan hazırlanmalı və gümüşü rəngli olmalıdır, sol və sağ hissələr bir-birinə keçirilən olmalıdır. Toqqanın üzərində Azərbaycan Ordusunun emblemi əks olunmalıdır, kənarları düzgün və hamar emal edilməli, kəsici və iti çıxıntılar olmamalıdır. Sol və sağ hissələr bir-birinə rahat bağlanmalıdır. Toqqa kəmərin uzunluğunu tənzimləmək məqsədi ilə kəmər üzərində hərəkət etdiriləndir. Tənzimlənmiş uzunluğu fiksasiya etmək üçün kəmər üzərində sərbəst hərəkət edə bilən iki ədəd süni dəridən kəmərcik olmalıdır. AĞ RƏNGLİ BEL KƏMƏRLƏRİNİN MARKALANMASI VƏ QABLAŞDIRMASI Bel kəməri 10 ədəd olmaqla üst-üstə qoyularaq 2 yerdən bağlanmalıdır. Sonra 100 (10x10) ədəd olmaqla kisələrə yığılmalıdır. Kisələr tikilir, surğuclanır və möhürlənməlidir. Kisələrin üzərinə aşağıda göstərilən rekvizitlər möhürləmə üsulu ilə həkk olunmalıdır: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Möhürlərin rəngi kisənin rəngindən seçilən sürtünməyə qarşı davamlı boya ilə vurulmalıdır. Təsviri Şəkil 13-ə uyğun. AĞ RƏNGLİ BEL KƏMƏRLƏRİNİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Bel kəməri təyinatına görə ağ rəngdə istehsal olunmalıdır. Kəmər süni dəridən hazırlanmalıdır. Kəmər düzgün, nöqsansız, bütün səthdə eyni şəkildə olmalıdır. Kəmərin uzunluğu 1200 mm; - eni – ən azı 4,5 mm; - qalınlığı – ən azı 4 mm. Verilən ölçülər bütün kəmər boyu sabit saxlanmalıdır. Bu ölçülərdən fərqlənmə ±5% ola bilər. Toqqa metaldan hazırlanmalı və gümüşü rəngli olmalıdır, sol və sağ hissələr bir-birinə keçirilən olmalıdır. Toqqanın üzərində Azərbaycan Ordusunun emblemi əks olunmalıdır, kənarları düzgün və hamar emal edilməli, kəsici və iti çıxıntılar olmamalıdır. Sol və sağ hissələr bir-birinə rahat bağlanmalıdır. Toqqa kəmərin uzunluğunu tənzimləmək məqsədi ilə kəmər üzərində hərəkət etdiriləndir. Tənzimlənmiş uzunluğu fiksasiya etmək üçün kəmər üzərində sərbəst hərəkət edə bilən iki ədəd süni dəridən kəmərcik olmalıdır. AĞ RƏNGLİ BEL KƏMƏRLƏRİNİN MARKALANMASI VƏ QABLAŞDIRMASI Bel kəməri 10 ədəd olmaqla üst-üstə qoyularaq 2 yerdən bağlanmalıdır. Sonra 100 (10x10) ədəd olmaqla kisələrə yığılmalıdır. Kisələr tikilir, surğuclanır və möhürlənməlidir. Kisələrin üzərinə aşağıda göstərilən rekvizitlər möhürləmə üsulu ilə həkk olunmalıdır: - istehsalçı müəssisənin adı və ya kodu; - məmulatın adı; - məmulatın sayı; - məmulatın istehsal ili; - məmulat «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır. Möhürlərin rəngi kisənin rəngindən seçilən sürtünməyə qarşı davamlı boya ilə vurulmalıdır. Təsviri Şəkil 13-ə uyğun. |
90 |
ədəd |