Müdafiə Nazirliyi "Azərbaycan Ordusunun hərbi hissələri üçün polad çənlərin satın alınması" tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 27-də başlayır.Tələb olunan sənədlər martın 27-dək, təkliflər isə aprelin 4-dək təqdim edilməlidir. Zərflər aprel ayının 5-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Çatdırılma yeri: Müdafiə Nazirliyi
Çatdırılma müddəti: Mallar (işlər və xidmətlər) müqavilə imzalandıqdan sonra 3 (üç) ay ərzində tam təhvil verilməlidir.
4 m3 həcmli polad çən - Çənlər hermetik (kipləşdirilmiş, qaz və maye buraxmayan, sıx bağlanmış) ağızlığa malik olmalıdır; 09Г2С tipli paslanmayan metal növündən hazırlanmalıdır; Çənlərin səthi paslanmaya qarşı xüsusi boya ilə boz rənglə boyanmalıdır; Çənlərin hər birinin tutumu 4 kub metr (4 000 litr) olmalıdır; Çənlərin A-95 markalı benzin üçün istifadə olunması nəzərə alınmalıdır; Çənlər dolu kütləsinə mütənasib olaraq metal ayaqlıqlarla təchiz olunmalıdır; Çənlərin texniki xüsusiyyətlərini əks etdirən pasportları olmalıdır; Çənlərin üzərində (səthində) ölçü-dərəcələndirmə cədvəli (şkalası) quraşdırılmalıdır; Çənlərin üzərində (səthində) litrölçən şkala quraşdırılmalıdır - 3 ədəd
6 m3 həcmli polad çən - Çənlər hermetik (kipləşdirilmiş, qaz və maye buraxmayan, sıx bağlanmış) ağızlığa malik olmalıdır; 09Г2С tipli paslanmayan metal növündən hazırlanmalıdır; Çənlərin səthi paslanmaya qarşı xüsusi boya ilə boz rənglə boyanmalıdır; Çənlərin hər birinin tutumu 4 kub metr (4 000 litr) olmalıdır; Çənlərin A-95 markalı benzin üçün istifadə olunması nəzərə alınmalıdır; Çənlər dolu kütləsinə mütənasib olaraq metal ayaqlıqlarla təchiz olunmalıdır; Çənlərin texniki xüsusiyyətlərini əks etdirən pasportları olmalıdır; Çənlərin üzərində (səthində) ölçü-dərəcələndirmə cədvəli (şkalası) quraşdırılmalıdır; Çənlərin üzərində (səthində) litrölçən şkala quraşdırılmalıdır. - 3 ədəd
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov - Tender komissiyasının üzvü - [email protected], 012-539-80-60