Müdafiə Nazirliyi tikinti və təmir materiallarının satın alınması üzrə tender elan edir.
Agentlik 1.8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 25.05.2022-ci il saat 11:00-a
kimidir və iştirak ödənişi 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər - PDF olunmuş;
Qeydiyyatdan keçdiyi ölkə - PDF olunmuş;
Nizamnamə - PDF olunmuş;
İddiaçının son üç ildə analoji obyektlərin yerinə yetirdiyi müqavilələrin PDF olunmuş - mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (01.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir). PDF olunmuş (yüklülük haqqında vergilərdən arayış) (iri sahibkarlıq subyektləri qanuna əsasən tenderdə iştirak edə bilməz).
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - 01.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir. PDF olunmuş;
Maliyyə vəziyyəti haqqında bank arayışı - son bir ildə PDF olunmuş;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - 2021-ci il üzrə mənfəət bəyanaməsi PDF olunmuş.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Vüqar Abbasov
Əlaqə: 012-539-80-60