Müdafiə Nazirliyi "Müdafiə Nazirliyi üçün rəqəmsal ekspertiza vasitələrinin satın alınması" açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 19.06.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 12.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı:21.07.2023 10:00
İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Çatdırılma müddəti - Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 4 (dörd) ay müddətində tam təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sahibkarlıq subyektinin bölgüsü haqqında arayış.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının Nizamnaməsi (iddiaçı fiziki şəxs olmadığı halda).
Malgöndərənin (podratçının) vergi uçotunda olduğunu təsdiq edən sənədin və kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti.
Rekvizitlər.
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti.
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Rəqəmsal araşdırma üçün stasionar kompüter dəsti |
Dəst aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Prosessor: İ 9, 1.9 GHZ və ya daha yüksək tezlikdə işləyə bilən; Əməliyyat sistemi: Win 10 və ya 11, 64-bit; Operativ yaddaş: azı 16 gb; Yaddaş: Quraşdırma üçün, azı 6 GB boş disk sahəsi olmalıdır. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
2 |
Rəqəmsal araşdırma üçün portativ dəst |
Dəst aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Prosessor: azı 1.6 GHz (2.56 GHz boost) 64- bit; Yaddaş: SATA3 M.2 2242 512 GB SSD; Operativ yaddaş: SODİMM DDR3, azı 16 GB, 1600 MHz; SİM oxuyucu: SİM adapter ilə. Addition SİM port under battery; USB portların sayı: 2xUSB 3.0, 1xUSB 2.0; Şəbəkə kartı: USB 2.0 to Gigabit Ethernet Adapter; Oxuyucu: micro SDXC port under battery; Monitor: LCD, 8 düyümlük kapasitiv multi-touch azı 1280x800 piksel, günəş işığında oxuna bilən, 600 nits əlcək/yağış rejimi və kimyəvi cəhətdən gücləndirilmiş şüşə. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
3 |
Rəqəmsal araşdırma üçün USB daşıyıcısı |
Prosessor: İ 9; Əməliyyat sistemi: Win 10 və ya 11, 64-bit; Operativ yaddaş: azı 16 GB; Yaddaş: Quraşdırma üçün azı 4 GB boş disk sahəsi olmalıdır. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
4 |
Portativ kopyalama cihazı |
Prosessor: İ 7 və ya daha yeni; Əməliyyat sistemi: Win 7, 64-bit; Operativ yaddaş: azı16 GB; Yaddaş: azı 128 GB m SATA. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
5 |
Mobil telefonlar üçün çeşidli adapter və kabel dəstləri |
Dəst aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Müxtəlif mobil cihazlar, kompüterlər, daha artıq cihazlar, media qurğuları və digər cihazlar üçün geniş uyğunlaşmaya imkan verməlidir. İstifadəçilərə fərqli cihazlarla əlaqə qurmaq və məlumatların toplanması üçün lazım olan adapter və kabel seçimini genişləndirməyə imkan verməlidir; Adapter və kabel seti məlumatların güvənilir şəkildə transfer edilməsi üçün təhlükəsiz və məqsədəuyğun bağlantıları təmin etməlidir. Səmərəli bir ekspertiza texnologiyası və ya təhlükəsizlik tədqiqatı prosesində məlumatların düzgün və səhv olmadan transfer edilməsini təmin etməlidir; Fərqli portlar və interfeyslər (USB, HDMİ, Ethernet və s.) ilə uyğunlaşmağa imkan verməli və müxtəlif növ texnologiyalara sahib interfeyslər vasitəsilə əlaqəni mökəmləndirə bilməlidir; Məlumat toplama və analiz etmə proseslərində fərqli funksiyaları dəstəkləyə bilən, eləcədə müxtəlif məlumat toplama cihazları və texnologiyaları ilə uyğunlaşmaq üçün adaptasiya imkanı yaratmalıdır. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
6 |
Kompüterlər üçün çeşidli adapter və kabel dəstləri |
Dəst aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Müxtəlif kompüter və cihaz növləri. Portlar və interfeyslər üçün geniş uyğunlaşmaq imkanı olmalı, USB, SATA, İDE, Ethernet və s. Kimi portlar və interfeyslərə uyğunlaşmağa imkan verməlidir. Fərqli kompüter və cihazlarda məlumat toplama və analiz etmə seçimini genişləndirməyə imkan verməlidir; Adapter və kabel seti məlumatların güvənilir şəkildə transfer edilməsi üçün təhlükəsiz və məqsədəuyğun bağlantıları təmin etməlidir. Səmərəli bir ekspertiza texnologiyası və ya təhlükəsizlik tədqiqatı prosesində məlumatların düzgün və səhv olmadan transfer edilməsini təmin etməlidir. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
7 |
Yaddaş daşıyıcılarından məlumatların təhlükəsiz silinməsi üçün xüsusi avadanlıq |
Avadanlıq aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Eyni anda azı 4 (dörd) diskin silinməsini təmin etməklə yanaşı, həmçinin disklərin sürətli, effektiv və səmərəli şəkildə silinməsi üçün məlumat təhlili və mümkün zədələnmə riskini azaltmalıdır; Məlumatların tamamilə və güvəniir şəkildə silinməsi üçün təhlükəsizlik funksiyalarına malik olmalı, disklərdən məlumatların tamamilə silinməsini, geri qaytarılması riskininin azaldılmasını və məlumatların üçüncü tərəfə çatma riskini azaltm alıdır; Müxtəlif məlumat silmə metodlarını dəstəkləməli, eləcədə bu məlumatların tamailə silinməsi üçün fərqli silmə protokollarının seçiləsini təmin etməlidir. Ümumu portların sayı: 4-SATA Data-Power combo (7+15 pin), Usb 3.2 Type-B (9 pin, Gen 1, 5 Gbps), DB 9-pin Serial; LED indikatorlar: 2- Line LCD monitor, Power LED, Aktiv LED və HPA/DCO Detect LED; Qida mənbəyi: azı 84 W (100-240 AC); İnterfeys və bus type: USB 3.2 Gen 1 (5 Gbps), drayverlərin sayı azı 4, drayverlərin ölçüləri 2.5 inch və ya 3.5 inch olmalıdır. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
8 |
Yaddaş daşıyıcılarından məlumatların təhlükəsiz silinməsi üçün duplikator |
Duplikator aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Eyni anda ən azı1-9 arasında USB-nin köçürülməsini təmin etməlidir; Müstəqil bir əməliyyat funksiyalı olmalı və kompüterə yazılması üçün əlavə proqram tələb etməməlidir; Məlumatların tam əksinin köçürülməsi üçün bit-to-bit köçürülmə funksiyasına malik olmalıdır. Sistem yaddaşı: azı 2 GB, transfer sürəti saniyədə 35 MB-dan az olmamalıdır. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
9 |
Təhlükəsizlik baxışı keçirilmiş vasitələrin nişanlanması üçün mobil printer |
Printer aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Kompakt və asan daşına bilən dizayna malik olmalı, kabelsiz bağlantını (Wi-Fi, Bluetooth və NFC) dəstəkləməlidir; Müxtəlif barkod formatlarını dəstəkləməli, EAN-13 QR kodu, Code 39 və daha müasir barkod formatının yazılması üçün təhlükəsizliyi və səmərəliyi təmin etməlidir; Sürətli və dəqiqlik təmin edə bilən, eləcədə batareya ilə doldurula bilən olmalıdır. Növü: Direct Thermal printing; Yaddaşı: ən azı 32 MB SDRAM və 16 MB Flash memory (microSD Flash mümory expansion up to 4 GB); İnterfeys: 802.11 a/b/g/n Wi olmalıdır. Zəmanət müddət: azı 3 il olmalıdır. |
1 |
dəst |
10 |
Mobile Barcode Printer üçün ehtiyat çap bağlamaları |
Adına uyğun |
10 |
rulon |