“MİDA” MMC Yevlax şəhəində mənzil tikintisi ilə bağlı iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, mənzillərin tikintisi "Rabitə İnşaat" ASC-yə (VÖEN:1500090621) həvalə edilib.
Şirkət 10 milyon 762 min 603 manata Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 ha torpaq sahəsində 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini, 11 milyon 113 min 266 manta həmin ünvanda 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirəcək.
Tikinti işlərinə ümumilikdə 21 milyon 875 min 869 manat xərclənəcək.