“MİDA” MMC “Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində yerləşən yaşayış kompleksinin sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, sahəxarici - sahədaxili su təchizatı və kanalizasiya şəbəkəsi, sahədaxili suvarma sistemi, sahədaxili yanğınsöndürmə sistemi, sahədaxili yanğın siqnalizasiya şəbəkəsi və sahədaxili video müşahidə şəbəkəsinin çəkilməsi işləri” tenderinin nəticələrini elan edib.
Bu şirkət məktəb tikintisindən - 7 MİLYON MANAT QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Enerji Qrup” MMC olub.
Qalib şirkətlə 10 185 019 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Enerji Qrup” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xəyal Nəsibov Balaisa oğludur. Hüquqi ünvanı AZ1153, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 4-cü mədən, istehsal sahəsi ünvanında yerləşir.