"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində həyata keçirilməsi nəzərdə tutulan yaşayış kompleksi layihəsi ilə bağlı elan edilmiş tender ləğv edilib.
Dövlət qurumu Sumqayıt və Abşeron ərazisindən 213 milyon manatlıq mənzillər alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tikinti layihəsinin hazırlanmasını əhatə edən bu tender Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən 4,98 hektar torpaq sahəsində icra olunmalı idi. Ləğv qərarı isə nəzarət orqanı tərəfindən verilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi QƏRAR № AİBNDA/SQ-2346/2025 ilə bu müsabiqənin dayandırılmasına qərar verib.
Layihənin ümumi ehtimal olunan dəyəri 619.513,52 AZN olaraq göstərilmişdi. Tender müsabiqəsinin elanı 03 mart 2025-ci il, saat 11:20 tarixində edilmişdi. Maraqlı tərəflərin təkliflərini təqdim etmələri üçün son tarix 04 aprel 2025-ci il, saat 15:00 müəyyən olunmuşdu. Eyni gün və saatda təqdim edilən zərflərin açılışı da nəzərdə tutulmuşdu. Lakin tender bu mərhələyə çatmadan ləğv edilib.