Sosial Xidmətlər Agentliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Bakı və Lənkəran şəhərlərindən 2 və 3 otaqlı mənzillərin satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət dövlət fonduna 139 milyon manatlıq mənzillər satdı - DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “MİDA” MMC olub.
Qalib şirkətlə 8 126 595 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “MİDA” MMC-nin nizamnamə kapitalı 10 000 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərhad Təhməzov İlahi oğludur.