Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tikili və avadanlıqların cari təmir xərcləri maddəsindən 2021-ci il üçün tamamlama işləri üzrə tikinti materiallarının satınalınmasına görə açıq tenderə dəvət edir.
Qida Təhlükəsizliyi İnstitutu tenderin qalibini - ELAN ETDI
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.
İştirak haqqı - 150 (yüz əlli) manat
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş”lə “ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Təşkilat: Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Hesab: AZ66CTRE00000000000004688301
VÖEN: 1700252051
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesabı:
AZ41NABZ01360100000000003944
SWİFT: CTREAZ22
Büdcə səviyyəsinin kodu: Fond 7
Büdcə təsnifatının kodu: 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:
-Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.06.2021-ci il saat 10:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 05.07.2021-ci il saat 11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.07.2021-ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.