Akademik Zərifə Əliyeva Adına Milli Oftalmologiya Mərkəzi “2024-cü il üçün mühafizə xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Qartal SS” MMC olub.
Qalib şirkətə 281 985 manat ödəniləcək.
Qeyd edək ki, mühafizə xidməti daxilində xəstəxananın Bakı filialı üçün 17 nəfər, Masallı filialı üçün 4 nəfər, Şəki filialı üçün 3 nəfər və Gəncə filialı üçün 4 nəfər mühafizə xidmətinə cəlb olunacaq.