Milli Məclis təkliflər soğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Lot 1 – İnzibati binalarda və avtomobil qarajında quraşdırılmış mərkəzləşdirilmiş kondisioner, ventilyasiya və istilik sistemlərinə, qazanxana və nasosxana avadanlıqlarına cari il üçün texniki xidmət; Lot 2 – Yanğın, mühafizə siqnalizasiya sistemlərinə, tüstüuzaqlaşdırma idarəetmə, videonəzarət və səsyazma sistemlərinə, darvaza avtomatikası və qapı aksesuarlarına cari il üçün texniki xidmət; Lot 3 – Ofis avadanlıqlarının (printer, skaner və s.) təmizlənməsi, təmiri, ehtiyat hissələrinin və çoxişlənən malların dəyişdirilməsi, habelə cari il üçün digər texniki xidmətlər; Lot 4 – İnzibati binalarda dibçəklərdə olan dekorativ ağaclara və güllərə cari il üçün texniki xidmət; Lot 5 – Nəqliyyat vasitələrinin cari il üçün əsaslı təmiri (servis xidməti). nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: +994124926262
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı, AZ 1152, Parlament prospekti 1
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 31.05.2023 18:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 16.06.2023 18:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.