Milli Məclisi 2026-cı il üzrə nəqliyyat vasitələrinin cari təmiri xidmətinin və ehtiyat hissələrinin satın alınması (çərçivə sazişi tətbiq etməklə) ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Azərtexservis" MMC seçilib.
Qalib şirkətlə 1 044 669 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 599 787 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "AZƏRTEXSERVİS" MMC dövlət qurumlarının nəqliyyat vasitələrinə servis xidməti göstərən əsas şirkətlərdən biridir. Şirkət bundan əvvəl də bir çox qurumun tenderlərini qazanıb:
29 aprel 2025-ci il tarixində Sahibkarlığın İnkişafı Fondu ilə 9 241 manatlıq;
28 sentyabr 2023-cü il tarixində Bakı Sağlamlıq Mərkəzi ilə 50 570 manatlıq;
18 sentyabr 2023-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 22 716 manatlıq;
16 noyabr 2022-ci il tarixində Minatəmizləmə Agentliyi (ANAMA) ilə 256 732 manatlıq;
2019-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsi ilə ümumi məbləği 197 759 manat olan iki müqavilə imzalayıb.












