Milli Hematologiya və Transfuziologiya Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə dərman vasitələri,reaktiv və reagent maddələr,tibbi sərf və tibbi ləvazimatların satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 3000 manatdır.
Satınalan təşkilatın ünvanı:
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.05.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.06.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 02.06.2023 15:00
Əlaqələndirici şəxs: CANPOLAD QULİYEV
Əlaqələndirici şəxsin nömrəsi: +994512507053
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- • Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya həmin sənədin notarial təsdiq olunmuş forması təqdim edilməlidir. • Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya həmin sənədin notarial təsdiq olunmuş forması təqdim edilməlidir. • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya həmin sənədin notarial təsdiq olunmuş forması əlavə edilmədir. • İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə) a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi (Anoloji işlərə dair azı 1 milyon manat həcmində müvafiq müqavilələr təqdim etməklə) b) Malgöndərinin kadr imkanları: ən azı 1 sayda laborator mütəxəssis (Əmək müqaviləsi bildirişi və ali təhsili təsdiq edən sənəd) c) Texniki imkanlara malik olması barədə (anbar sahəsi və saxlanma şəraitinə dair tələb) Soyuq zəncirə aid olan dərman vasitələrinin hər biri qutusu istehsal olunduqdan sonra sifarişçiyə təqdim olunana qədərki müddətdə temperatur şərtlərinə əməl olunmasının dəqiqliyini təsdiq edən " Temperature data logger " adlı cihazla təmin olunması tələb edilir. Təqdim edilmədiyi təqdirdə iddiaçı kənarlaşdırılacaq. d) Maliyyə imkanlarına malik olması (Pul vəsaitlərinin hərəkəti haqqında hesabat – 2022 Mənfəət və Zərər haqqında hesabat – 2022 Hesabatlar audit rəyi ilə birlikdə təqdim edilməlidir) ən azı 1 sayda əczaçı olmalı (Əmək müqaviləsi bildirişləri təqdim olunmaqla) e) Etibarlılığının olması barədə (referans məktubları təqdim edilməklə)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.