Milli Hematologiya və Transfuziologiya Mərkəzi “Kök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sisteminin qurulması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Aistgroup” MMC olub.
Şirkətlə 413 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən proseslər üzrə biznes analizin aparılması, funksional tələblərin formalaşdırılması, qurulacaq altsistemlərə dair prototip/dizaynların hazırlanması, kök hüceyrəsi donorların qeydiyyatı altsisteminin qurulması, laboratoriyaların nəticələrinin işlənilməsi altsisteminin qurulması, hesabatlılıq altsisteminin qurulması, inteqrasiyaların edilməsi, müraciətlərin qəbulu sistemindən istifadə hüququnun verilməsi, sorğuların emalı altsisteminin qurulması, məlumatların aktuallığın təmin edilməsi altsisteminin qurulması, məlumtlandırma altsisteminin (200 min sms bildiriş hesabı ilə) qurulması və axının idarə edilməsi sistemindən istifadə hüququnun verilməsi işləri satın alınacaq.