FED.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı 2018-ci ildə malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:
Tender mətbəə xərcləri üzrə nəşriyyat planına əsasən 2018-ci ilin II yarımili üçün nəşriyyat-poliqrafiya işlərinin satınalınması məqsədilə keçirilir.
Maraqlananlar 200 (iki yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı,
VÖEN: 1701928961,
Dövlət Xəzinədarlığı Agentliyi,
Kod: 210005,
VÖEN: 1401555071,
M/h: AZ41NABZ 01360100000000003944,
SWİFT: CTREAZ2,
H/h: AZ12CTRE 00000000000004138313,
7-ci fond, maddə 142340.
Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 28.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank zəmanəti (zərflər açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, hüquqi ünvanı və bank rekvizitləri;
-malgöndərənin (podratçının) hüquqi sənədlərinin (nizamnamə, dövlət reyestrindən çıxarış, VÖEN) notarial qaydada təsdiq edilmiş surəti;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (mətbəə avadanlıqlarının və işçilərin siyahısı əlavə edilməklə);
-malgöndərənin (podratçının) son bir ildəki maliyyə dövriyyəsi barədə bank arayışı;
-malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dan arayış;
-malgöndərənin (podratçının) son üç ildə yerinə yetirilmiş analoji işləri barədə ətraflı məlumat (çap olunmuş poliqrafiya məhsullarının siyahısı).
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2018-ci il oktyabrın 23-nə qədər tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs X.Nəbiyevə (telefon 012-539-78-90) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank zəmanətini imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 31 oktyabr 2018-ci il saat 17.00-dək Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115 nömrəli ünvanda AMEA-nın əsas binasında “Elm” nəşriyyatının tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 1 noyabr 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləçəkdir.
Milli Elmlər Akademiyası – TENDER ELANI
17:56
19 Sen 2018